Məhkəmə qərarları › İş №2(039)-2194/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2194/2021

18.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2194/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4nun maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4nun adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-179 kod 90102068 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 sayı qərarı ilə onlara Yevlax rayonu, Xanabad kəndində kənd təsərrüfatı təyinatlı 1,10 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onlara verilən JN-179 KOD 90102068 saylı dövlət aktında anasının ata adı səhvən Cəlil kimi, onun isə adı X2 yazılmışdır. Qeyd olunan uyğunsuzluq onların sosial hüquqlarının həyata keçirməsinə maneə olur. Hazırda Yevlax rayonu, Xanabad kəndində yerləşən 1,10 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan uyğunsuzluqlarla bağlı ərizənin icrasının mümkün olmadığı barədə onlara bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA1735185 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 13 may 2014-cü il tarixdə verilmiş AZE seriyalı 14441752 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi4 04 mart 1989-cu il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Mingəçevir tərəfindən 20 iyun 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18063898 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 20 oktyabr 1987-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 27 iyun 2012-ci il tarixdə verilmiş AZE seriyalı 09237837 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 25 yanvar 1960-cı il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, **********39 saylı məktubdan görünür ki, Ərizəçi1 JN-179 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-179 KOD 90102068 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 saylı qərarı ilə X3, X5, Ərizəçi3 və Ərizəçi4 1.10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 21 oktyabr 2021-ci il tarixli 599 saylı arayışından məlum olur ki, torpaq islahatı zamanı Yevlax rayonu Xanabad kənd sakini Hüseynova (Cəbrayılova) İradə Cəmil qızının adına verilmiş JN-0179, kod: 90102068 nömrəli Dövlət aktında vətəndaşın (birinci şəxsin) ata adı texniki səhv olaraq Cəlil yazılmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində ata adı Cəmildir. Həmin Dövlət aktında yazılmış ikinci şəxs X7 deyil, X4 yazılmalı idi. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 34 saylı qərarı əsasında ərizəçilərə 1.10 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-179 KOD 90102068 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi1 və Ərizəçi2 adları X7 və X1 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-179 KOD 90102068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-179 KOD 90102068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar