Məhkəmə qərarları › İş №2(039)-22/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-22/2025

11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-22/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu torpaq sahəsinin natura qaydada bölünməsi, naturada bölünmüş hissənin cavabdehlərdən ona verilməsinin təmin eedilməsi və dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu torpaq sahəsinin natura qaydada bölünməsi, naturada bölünmüş hissənin cavabdehlərdən ona verilməsinin təmin eedilməsi və dövlət rüsuunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılması 12 may 2025-ci il tarixə saat 12:30-a daha sonra 11 iyun 2025-ci il tarixə saat 11:20-a təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu torpaq sahəsinin natura qaydada bölünməsi, naturada bölünmüş hissənin caabdehlərdən ona verilməsinin təmin eedilməsi və dövlət rüsuunun cavabdehlərdən tutulması” tələbinə dair iş üzrə tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 02 dekabr 2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu torpaq sahəsinin natura qaydada bölünməsi, naturada bölünmüş hissənin caabdehlərdən ona verilməsinin təmin eedilməsi və dövlət rüsuunun cavabdehlərdən tutulması” tələbinə dair iş üzrə tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. 02 dekabr 2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar