Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2215/2020 18.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı İddiaçı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini və Maraqlı şəxs2 qeyd etməklə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini və Maraqlı şəxs2 qeyd etməklə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində Yevlax rayonu Salahlı kəndində tam xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,0060 ha torpaq sahəsi üzərində inşa etdirdiyi özbaşına tikintiyə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, hazırkı tələbi ilə bağlı Maraqlı şəxs2nə müraciət etsə də, tələbi təmin olunmamışdır. İddiaçının Maraqlı şəxs2nə müraciətinə cavab məktubu iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində maraqlı şəxs kimi qeyd etdiyi Maraqlı şəxs2nə müraciət etməsini və bunu təsdiq edən sənədi ərizəsinə əlavə etsə də, maraqlı şəxs kimi qeyd etdiyi digər orqana- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etməsi ilə bağlı ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Məhkəmə həm də onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər (MPM 50.1). Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır(MPM 306.2). İddiaçı iddia ərizəsində özünü iddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini və Maraqlı şəxs2 maraqlı şəxs kimi qeyd etməklə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Əraz İdarəsini və Maraqlı şəxs2 qeyd etməklə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2215/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2215/2020
18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver