Məhkəmə qərarları › İş №2(039)-227/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-227/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-227/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “su filterlərinin satış müqaviləsinin ləğv edilməsi və borc” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “satış müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinədair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşıiddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “su filterlərinin satış” müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borc üzrə 1050 manat, cərimə borcu üzrə 399 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1479 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “su filterlərinin satış” müqaviləsinə əsasən iddiaçı cavabdehə nümayiş etdirdiyi “esli” markalı su təmizləmə filterini 1130 manata satır, cavabdeh isə 80 manat ilkin ödənişödədikdən sonra, qalan 1050 manat məbləği 10 ay müddətinə, hər ay 105 manat olmaqla bərabər hissələrlə, xx.xx.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürür. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımı qaydada, qanunvericiliyə və müqaviləşərtlərinə uyğun şəkildə yerinə yetirərək müqavilənin predmeti olan su filterini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqaviləüzrəüzərinə düşən öhdəliklərə əməl etməyərək, 80 manat ilkin ödəniş ödədikdən sonra heç bir ödəniş etməmişdir. Cavabdehin müqaviləüzrə iddiaçıya 1050 manat borcu ödənilməmişdir. Bundan əlavə Müqavilənin 2.5ci bəndinə əsasən alıcıödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2 % məbləğində penya əlavə edir. xx.xx.2019-cu il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə kimi 399 manat (105*2%=2,1m*190gün=399) məbləğində cərimə də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “satış müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli “su filterlərinin satış” müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən dəymiş maddi ziyana görə 360 manatın, ilkin ödəniş kimi ödədiyi 80 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 470 manat pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləni cavabdeh İddiaçı və onun ticarət agentlərinin onu aldatması nəticəsində imzalamışdır. Belə ki, su filterini əldə etdikdən 2 gün sonra qurğuda nasazlıq yarandığından su sızması baş vermişdir. Həmin an evdə olduqlarından su sızıntısının qarşısını ala bilmişlər və cavabdehə zəng edərək qurğunun dəyişdirilməsini təklif etmişdir. Lakin cavabdeh bundan imtina edərək öz ustasını göndərmiş və usta qurğunu müvəqqəti təmir etmişdir. Bundan üç gün sonra yenə də eyni vəziyyət yaşanmışdır. Filterdən yaşadığı mənzilə su sızmışdır. Su sızıntısı zamanı rayonda olduqları iləəlaqədar mənzildə olmadıqlarına görə mətbəxin mebelinə və döşəməsinə ciddi ziyan dəymişdir. Eyni zamanda aşağıda yaşayan qonşunun mətbəxinin tavanına da ciddi ziyan dəymişdir. Növbəti su sızıntısı ilə bağlı yenidən məlumat verərək su sızmanın video görüntüsünü whatsapp vasitəsilə cavabdehə göndərmiş, ona dəymiş ziyanıödəyərək keyfiyyətsiz malın geri götürülməsini təklif etmişdir. Uzun mübahisədən sonra cavabdeh ancaq tərəfindən ödənilmiş 80 manat ilkin ödənişin qaytarılmasına razı olduğunu bildirmişdir. Dəfələrlə cavabdehə ona və qonşusuna dəymiş maddi ziyanıödəyib filterin geri götürülməsini təklif etsə də cavabdeh buna razı olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı ilkin iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehə su filterini yararlı vəziyyətdə təhvil vermişdir. Cavabdeh qüsurla bağlı ona müraciət etdikdə, bu halı müəyyən etmək, qüsur olacağı təqdirdə onu aradan qaldırmaq məqsədi ilə cavabdehin yaşadığıünvana mütəxəssislər göndərsə də, dəfələrlə telefon vasitəsilə cavabdehə filterə baxış keçirmək üçün onlara şərait yaradılmasını xahiş etsə də, cavabdeh və onun oğlu “siz kimsiniz ki, bizim evimizə gələsiniz” deyərək onlara qüsurun olub-olmamasını və ziyanın hansı səbəbdən vurulduğunu müəyyən etmək üçün maneələr yaratmışlar. Hətta cavabdehin ödədiyi ilkin ödənişi qaytarıb və su filterini ona qaytarmağını təklif etsə də, cavabdeh razı olmamış, cavabdehin oğlu onu hədələməyə başlamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək göstərdi ki, filter qüsurlu olduğu üçün su sızması baş vermiş və cavabdeh tərəfindən ustalar göndərilib filterə baxış keçiriləndən sonra yenidən su sızması baş vermiş və bundan sonra cavabdeh tərəf yenidən filterə baxış keçirmək istəsə də, o və ailə üzvləri buna razı olmamışdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında xx.xx.2019-cu il tarixli su filterlərinin satış müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1130 manat olan su filteri 80 manat ilkin ödəniş edilərək, qalan 1050 manat məbləğ hissə-hissə hər ay 105 manat ödəmək şərti ilə Cavabdeh təhvil verilmişdir. İlkin ödənişdən əlavə alıcı satıcıya heç bir məbləğ ödəməmişdir. Bu halları tərəflər mübahisələndirmirlər və işin mübahisəsiz hallarıdır. İlkin iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunan müqavilənin şərtlərini və Mülki Məcəllənin 567, 600.1, 601.1-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında qanuna uyğun şəkildə nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görəöhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmişöhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş“vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görəöhdəliyin lazımınca icra edilməməsi dedikdəöhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isəöhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından ilkin iddia üzrəCavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, nisyə alğı-satqı müqaviləsi üzrəüzərinə götürdüyüöhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdar ödəniş etsə də, öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmişdir. Buna görə də, həmin cavabdehin məhz nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görəödənilməmiş 1050 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. İlkin iddia üzrə Cavabdeh tərəfindən nisyə alğı-satqı müqaviləsində müəyyən edilmiş dövrüödənişlərin edilmədiyini, yəni alğı-satqı müqaviləsi üzrəöhdəliklərin lazımınca icra edilmədiyini və bununla da cavabdehin müqaviləşərtlərini əhəmiyyətli dərəcədə pozduğunu, həmçinin ilkin iddia üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulmuş pretenziya qaydasına riayət edildiyini nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrəiddiaçı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsini vəödənilməmiş 1050 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması barədə tələb qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşin hallarını, yəni ilkin iddia üzrə cavabdeh E.Qüdrətov tərəfindən ödənilməmiş məbləği və müqavilənin 2.5-ci bəndində nəzərdə tutulan penyanın (ödənilməmiş məbləğin 2% miqdarında) yüksək olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müqaviləüzrə nəzərdə tutulmuş dəbbə pulunun miqdarı, yəni 399 manat penya məbləği tənasübsüz sürətdə yüksək dəbbə pulu kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 30 manat məbləğində müəyyənləşdirilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 587.1, 587.1.1, 587.1.2, 587.1.3-cü maddələrinin tələblərinə görəəgər satıcıəşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdəəvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılmasıüçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2, 587.2.1 və 587.2.2-ci maddələrinə görəəşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzəçıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin vəəşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya iləəvəz olunmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndində isə göstərilmişdir ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılmasıüçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti iləəvəz edilməsini; müqavilənin ləğv edilməsini vəçəkdiyi zərərin ödənilməsini. Satıcı alıcıya keyfiyyətli, yəni qüsursuz əşya verdiyini, eyni zamanda əşyada qüsur olduğu halda belə “əşyanı dəyişdirməyi” və ya “qüsuru aradan qaldırmağı” və ya “əşyanı satıcıya, ödənilmiş 80 manat məbləğində pulu isə alıcıya qaytarmağı” alıcıya təklif etdiyini(bu təklif qarşılıqlı iddia ərizəsində də göstərilmişdir) bildirsə də, alıcı bu təkliflərin heç birinə razılıq verilməmiş və yalnız ona vurulmuş maddi ziyanı ödəyəcəyi təqdirdə su filterini satıcıya qaytaracağını bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı filterdən su sızması nəticəsində onun və aşağıda yaşayan qonşunun mənzilinə ziyan dəydiyini və bu ziyanın aradan qaldırılmasıüçün 360 manat sərf etdiyini, eyni zamanda müqaviləni İddiaçı və onun ticarət agentlərinin onu aldatması nəticəsində imzaladığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “su filterlərinin satışı” müqaviləsi ləğv edilməli, müqavilə üzrə 1050 manat əsas borc və 30 manat cərimə borcu olmaqla cəmi 1080 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, qarşlıqlı iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşlıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “su filterlərinin satışı” müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli “su filterlərinin satışı” müqaviləsi üzrə 1050 manat əsas borc və 30 manat cərimə borcu olmaqla cəmi 1080 (bir min səksən) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar