Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2470/2025 03.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətemtişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1971-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 21 noyabr 2014-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,5672 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə (İddiaçı - 1/6 hissə, X6 - 1/6 hissə, X14 - 1/6 hissə, X15 - 1/6 hissə, X7 - 2/6 hissə) məxsusdur. Hazırda həmin torpaq sahəsinin vərəsəlik qaydasında yenidən sənədləşməsi ilə bağlı ölçmə işlərinin aparılması zəruridir. Lakin onların müraciətinə cavab olaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 29 avqust 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, «torpaq sahəsi üzərində inventarlaşdırma işlərinin aparılması üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilən zaman ərazidə mübahisənin olduğu aşkarlandığı üçün ərizənin icrası mümkün olmamışdır». Həmin vaxtı mütəxəssislərə əsassız şəkildə mane olan şəxs məhz hazırkı iş üzrə Cavabdehdur. O, heç bir əsas olmadan onun mülkiyyətindən istifadə etməyinə mane olur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək, 21 noyabr 2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun və ailə üzvlərinin (İddiaçı -1/6 hissə, X6 - 1/6 hissə, X14 - 1/6 hissə, X15 - 1/6 hissə, X7 - 2/6 hissə) xüsusi mülkiyyətində olan və ünvan 1ində yerləşən 3,5672 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərin onun izahatı kimi qəbul edilməsini və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, mütəxəssislər tərəfindən çölolçmə işlərinin aparılmasına etiraz etmədyini göstərərək iddanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarxli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, Yevlax rayonunun Nemətabad kəndində yerləşən 3.5672 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/6 hissədə İddiaçı, 1/6 hissədə X1, 1/6 hissədə X9, 1/6 hissədə X10 və 2/6 hissədə X2 mülkiyyətindədir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, **********147 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır. Miras əmlak ƏMDX-nın yanında DƏDRX-nın Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarxdə verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.5672 ha olan torpaq sahəsinin mərhum X4 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, **********144 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdır. Miras əmlak ƏMDX-nın yanında DƏDRX-nın Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarxdə verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.5672 ha olan torpaq sahəsinin mərhum X5 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi üzərində inertarlaşdırma işlərinin aparılması üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilən zaman ərazidə mübahisənin olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarxli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonunun Nemətabad kəndində yerləşən 1/6 hissədə İddiaçı, 1/6 hissədə X1, 1/6 hissədə X9, 1/6 hissədə X10 və 2/6 hissədə X2 mülkiyyətində olan 3.5672 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2470/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2470/2025
03.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver