Məhkəmə qərarları › İş №2(039)-2488/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2488/2021

07.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2488/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN-162 KOD 90102068 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “Lamiyə” nin “Almayə” kimi müəyyən edilməsi və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun soyadı Qədirova, adı Almayə, atasının adı Məhəbbətdir. Adının Almayə olması ona məxsus olan 13 iyul 1965-ci il tarixli, AЗ ******* №-li doğum haqqında şəhadətnamədə və AZE ******** №-li şəxsiyyət vəsiqəsində də göstərilmişdir. Lakin pay torpaq sahəsi üçün ailə üzvlərinin adına verilmiş JN-162 KOD 90102068 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “Almayə” yazılması əvəzinə səhvən “Lamiyə” yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. Həmin dövlət aktında adının düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Xanabad kəndində yerləşən 1.10 hektar torpaq sahəsi onun və ailə üzvlərinin(ərinin və uşaqlarının) mülkiyyətinə verilmiş, lakin dövlət aktında adı “Almayə” deyil, səhv olaraq “Lamiyə” kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 19.07.1965-cı il tarixdə verilmiş AЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1963-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur; atası- X7, anası- Bayramova Saniyə Alışan qızıdır. Yevlax rayonu Bucaq kənd soveti tərəfindən 26.08.1983-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 304348 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında bağlanmış nikah 1983-cü ilin avqust ayının 26-cı günündə akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada isə Qədirova soyadı verilmişdir. Ərizəçi olan, 09.05.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qədirova”, adı “Almayə”, atasının adı “Məhəbbət”, doğulduğu yer “Mingəçevir şəhəri”, doğulduğu tarix isə “xx.xx.1963”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Xanabad kəndi” göstərilmişdir. JN-162 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4, X1, X10, X5 və X8 Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,10 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-162 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-162 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X6” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-162 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X6” AZE seriyalı,******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-162 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar