Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2489/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi4 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və qeyriləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN-146 Kod 90102068 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə ərizəçilərə Yevlax rayonu Xanabad kəndində 1,60 ha torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-146 kod 90102068 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilər- Ərizəçi1 X3, Ərizəçi5 X4, Ərizəçi2 X2, Ərizəçi4 X5 və Ərizəçi3 Allahverdiyeva Limunə kimi qeyd edilmişdir. Yevlax rayonu Xanabad kəndində yerləşən həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin dövlət aktındakı ad və soyadlarda uyğunsuzğluq olduğu üçün tələbləri təmin edilməmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Xanabad kəndində yerləşən 1,60 hektar torpaq sahəsinə dair dövlət aktında soyadı “Əliyev” adı “Kamran” deyil, səhv olaraq “Allahverdiyev İmran” kimi qeyd edilmişdir. Mülkiyyətə dair sənəddə adının səhv göstərilməsi ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi5 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Xanabad kəndində yerləşən 1,60 hektar torpaq sahəsinə dair dövlət aktında soyadı “Əliyev” deyil, səhv olaraq “Allahverdiyev” kimi qeyd edilmişdir. Mülkiyyətə dair sənəddə adının səhv göstərilməsi ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, dövlət aktında soyadı “Rüstəmova” deyil, səhv olaraq “Allahverdiyeva” kimi qeyd edilmişdir. Onun qızlıq soyadı Əliyeva olmuş, ərə gedəndən sonra Rüstəmova soyadını almışdır. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, dövlət aktında soyadı “Əliyeva” deyil, səhv olaraq “Allahverdiyeva” kimi qeyd edilmişdir. Mülkiyyətə dair sənəddə adının səhv göstərilməsi ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, dövlət aktında adı “Limuna” deyil, səhv olaraq “Limunə” kimi qeyd edilmiş, atasının adı isə qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax rayonu Bucaq kəndi soveti tərəfindən 05.08.1991-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 449537 №li nikah haqqında şəhadətnamədən görünür ki, X31 ilə X24(Ərizəçi4) arasında bağlanmış nikah 1991-ci ilin avqust ayının 05-ci günündə akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Ərizəçi4 məxsus olan, 15.02.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Əliyeva”, adı “Səbinə”, atasının adı “Davud”, doğulduğu yer “Şəki rayonu Təpəcənnət kəndi”, doğulduğu tarix isə “xx.xx.1973”, qeydiyyatda olduğu ünvan “ünvan 2 06.08.1991-ci il tarixdə verilmiş XİV-ЖГ seriyalı 482447 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur; atası- X31, anası- Ərizəçi4dır. Ərizəçi1 məxsus AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Əliyev”, adı “Kamran”, atasının adı “Ələkbər”, doğulduğu tarix isə “xx.xx.1991” göstərilmişdir. Yevlax rayon Bucaq kənd soveti tərəfindən 31.01.1994-cü il tarixdə verilmiş XVİİ- ЖГ seriyalı 398318 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi5 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur; atası- X31, anası- Ərizəçi4dır. Ərizəçi5 məxsus AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Əliyev”, adı “Kamil”, atasının adı “Ələkbər”, doğulduğu tarix isə “xx.xx.1994” göstərilmişdir. Yevlax rayon Bucaq kənd soveti tərəfindən 27.07.1995-ci il tarixdə verilmiş XİX-ЖГ seriyalı 340574 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Əliyeva Maral Ələkbər qızı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur; atası- X31, anası- Ərizəçi4dır. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 10.07.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 161190 №li nikah haqqında şəhadətnamədən görünür ki, X33 ilə X32 arasında bağlanmış nikah 2017-ci ilin fevral ayının 10-cu günündə akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada isə Rüstəmova soyadı verilmişdir. Ərizəçi2 məxsus AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Rüstəmova”, adı “Maral”, atasının adı “Ələkbər”, doğulduğu tarix isə “xx.xx.1995” göstərilmişdir. 21.10.1954-cü il tarixdə verilmiş ИЖ seriyalı 204009 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1937-ci il tarixdə anadan olmuşdur; atası- X21, anası- X8r. Ərizəçi3 məxsus olan, 30.12.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Allahverdiyeva”, adı “Limuna”, atasının adı “Nadir”, doğulduğu yer “Oğuz rayonu Xaçmaz kəndi”, doğulduğu tarix isə “xx.xx.1937”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Xanabad kəndi” göstərilmişdir. JN-146 Kod 90102068 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yevlax rayon Xanabad kənd sakini X6 və onun ailə üzvləri olan Allahverdiyeva Limunəyə, X9, X10, X11 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,60 hektar torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-146 №-li torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, JN-146 Kod 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçilərin soyadı səhv qeyd edilmiş, Ərizəçi1 adı “İmran” kimi qeyd edilmiş, Ərizəçi3 ata adı isə qeyd olunmamışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-146 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən “X17” AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi1” ilə, “Allahverdiyev Kamil Ələkbər oğlu” AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi5” ilə, “X14” AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “X29” ilə, “X19” AZE seriyalı, ******** №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi4” ilə və “Allahverdiyeva Limunə” AZE seriyalı, 0******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi3” ilə eyni şəxsdir, Ərizəçilər həmin dövlət aktlarının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-146 KOD 90102068 №-li “torpağın mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi5, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2489/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2489/2021
07.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver