Məhkəmə qərarları › İş №2(039)-251/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-251/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-251/2025 18.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mülki hüquqlarının (daşınmaz əmlakın-mülkiyyəti altında olan 0,37 ha torpaq sahəsinin ölçülməsi ilə bağlı) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mülki hüquqlarının (daşınmaz əmlakın-mülkiyyəti altında olan 0,37 ha torpaq sahəsinin ölçülməsi ilə bağlı) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan, ******* №li çıxarışa əsəsən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsinə dair üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi üçün həmin əraziyə baxış keçirilməsinə, müayinə və invertarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu, Malbinəsi kəndində onun xüsusi mülkiyyətində 0.37 ha kateqoriyası yaşayış məntəqələrinin torpaqlardan olan daşınmaz əmlak daxildir. Həmin daşınmaz əmlaka dair mülkiyyət hüququ xx.xx.2012-ci il qeydiyyat tarixli **********21 reyestr nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edilən daşınmaz əmlakda həyətyanı torpaq sahəsində ailəsi tərəfində inşa edilmiş fərdi yaşayış evi vardır. Onun xüsusi mülkiyyətində olan 0.37 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi məqsədilə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı xidmət haqqını ödəmiş, lakin üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən torpaq sahəsi baxış keçirilən zaman ərazidə mübahisənin olduğu üçün ərizənin icrası mümkün olmaması bildirilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndislərinin invertarlaşma işlərinin aparılmasına maneəçilik törədən cavabdeh X7 onun doğma qardaşıdır, o cümlədən onunla qanşuluq münasibəti vardır. Düz onun həyətyanı torpaq sahəsinə bitişik (o cümlədən güman edilir ki, onun ərazisinin bir hissəsi zəbt etmişdir) fərdi yaşayış evi tikdirmişdir. O, öz ərazisini ölçdürmək və yenidən invertarlaşdırma işlərini həyata keçirilmək istəyir. Lakin cavabdeh buna maneəçilik törədir. Cavabdehin mübahisə ilə bağlı əməli mülki hüquq pozuntusudur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, həmin torpaq sahəsinə mütəxəsislər gəlmiş onun tərəfindən onların ölçü aparılmasına icazə verilməmiş, çünki iddiaçıya həmin torpaq sahəsi ilə bağlı müəyyən məbləğdə pul ödəmiş və onların razılığı ilə o, həmin torpaq sahəsində bostan əkmişdir. Buna orada becərmə işlərini görən muzdlu şəxslər tərəfindən şahidlik edə bilər. Həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir (müvafiq ərizə təqdim edir). Maraqlı şəxs, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçın və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li xx.xx.2012-ci il tarixli çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha yaşayış məntəqələrinin torpaqları həyətyanı sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-V-0004/028/20204 saylı bildirişindən görünür ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsu məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. xx.xx.2012-ci il tarixli AN-İ №li ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X5, X2 və X4 məxsus olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsinin alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan, ******* №li çıxarışa əsəsən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir, habelə həmin torpaq sahəsi ilə bağlı iddiaçının Cavabdeh arasında mülki mübahisə mövcuddur, habelə cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq işlərin həyata keçirilməsinə maneələr törədilməkdədir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən hazırda iddiaçının mülkiyyətində olan 0.37 ha həyətyanı torpaq sahəsində invertarlaşdırma işinin aparılmasına törədilən maneə aradan qaldırılmalı, invertarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan, ******* №li çıxarışa əsəsən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsinə dair üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi üçün həmin əraziyə baxış keçirilməsinə, müayinə və invertarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar