Məhkəmə qərarları › İş №2(039)-2519/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2519/2025

06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2519/2025 06.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın çıxarılması” tələbi haqqında iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə Cavabdeh onun yəni İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Bünyadabad kəndində yerləşən fərdi yaşayış evindən qonaq otağı üçün mebel və güzgü, stol və 6 ədəd stul, jurnalı stol, yataq otağı üçün yataq dəsti-qoşa kravat, termo, şifoner, tumba, yorğan və döşək dəstləri, qab-qacaq və s. cehiz əşyalarının onun öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda da həmin kənddə yaşayır. Yevlax rayonu, Bünyadabad kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Lakin hazırda Cavabdeh onun öz mülkiyyətində istifadə etməyinə mane olur. Belə ki, cavabdeh onun oğlu Əliyev (Məsimov) Pərvin Zak oğlunun keçmiş arvadı, onun isə keçmiş gəlinidir. Yevlax Rayon Məhkəməsinin 3 iyul 2019-cu il tarixli 2(039)-1151/2019 saylı qətnaməsi ilə oğlu Pərvin Əliyev ilə keçmiş gəlini, hazırkı iş üzrə Cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin Cavabdeh artıq onun gəlini olmamasına baxmayaraq, həmçinin artıq neçə illərdir ki, onun evindən çıxıb getsə də, ona məxsus olan bir çox əşyal (toy zamanı gətirdiyi cehiz əşyaları) hələ də onun evindədir. O, dəfələrlə cavabdehdən əşyalarının çıxarılmasını tələb etsə də, o, buna əməl etməmişdir. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, hazırda qeydin olunan cehiz əşyaları ona məxsus olduğunu, həmin əşyaları altı ilə yaxındır ki, iddiaçıya məxsus evdə qaldığını, əşyalarına heç bir zərər dəymiyibsə və tamdırsa, çıxaracağını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; X1 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, MŞY/MT034/2024-00239 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir; Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-15-/2-113/2025 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu Yeni Çobankərə kəndində yaşayır. Hal hazırda yaşadığı torpaq sahəsi və yaşayış evi ona məxsusdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-1151/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Bünyadabad kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Pərvin Məsimov 2017-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülki Prosessual Məcəllə: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən cavabdehin hesabına çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları (qonaq otağı üçün mebel və güzgü, stol və 6 ədəd stul, jurnalı stol, yataq otağı üçün yataq dəsti-qoşa kravat, termo, şifoner, tumba, yorğan və döşək dəstləri, qab-qacaq və s.) İddiaçı məxsus Yevlax rayonu Bünyadabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar