Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2545/2021 27.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh subroqasiya qaydasında zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1718 manat məbləğində vurulmuş zərər və 37.18 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1755.18 manat alınaraq, "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2101” markalı, **- BD-*** dövlət nömrə nişanlı avtomobil 26.11.2018-ci ildən 26.11.2019-cu ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 26.11.2018-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il aprelin 28-də Cavabdeh idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2101” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Xaldan-Mingəçevir yolunun 1-ci km-də manevr qaydasını pozaraq X2 idarə etdiyi “VAZ 21074” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yevlax RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən 18.05.2019-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh əməllində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tərkibi əlamətləri olduğundan inzibati tədbirlərin görülməsi üçün toplanmış material Yevlax RPŞ-nin DYPB-nə göndərimişdir. Yevlax RPŞ-nin DYPB-i tərəfindən 03.06.2019-cu il tarixində İXP2608396 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Yevlax Rayon Məhkəməsinin 04.06.2019-cu il tarixli, 3(039)-453/2019 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Fiziki şəxs qismində fəaliyyət göstərən X1 tərəfindən 07.06.2019-cu il tarixində verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə 1718 manat məbləğində zərər dəymişdir. İddiaçı 04.07.2019-cu il tarixində ödəniş tapşırığı ilə həmin məbləği zərəçəkmiş şəxs X4 ödəmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, Cavabdehu iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, X3 məxsus “VAZ-2101” dövlət qeydiyyat nişanlı avtomobil 26 noyabr 2018-ci il tarixdə 26 noyabr 2019-cu il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan 03.07.2019-cu il tarixli sığorta aktından müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən 26 noyabr 2018-ci il tarixdən 26.11.2019-cu il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 28 aprel 2019-cu il tarixdə Xaldan-Mingəçevir avtomobil yolunun 1-ci km-i, baş verən sığorta hadisəsi zamanı sığortalanmış avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxsə 1718 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 04 iyul 2019-cu il tarixli ödəniş tapşırığı ilə sığorta ödənişi kimi 1718 manat məbləğində pul Abil Yusibova ödənilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Məhkəmə bildirişi “Bakıda yaşayır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, cavabdehin vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 1718 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 37,18 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 1983-cü ildə Yevlax rayonu, 1-ci Salamabad kəndində doğulmuş və Yevlax rayonu, Yuxarı Salamabad kəndində qeydiyyatda olan Cavabdeh 1718 manat məbləğində pul və ödənilmiş 37.18 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2545/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2545/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver