Məhkəmə qərarları › İş №2(039)-2555/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2555/2022

28.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2555/2022 28.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, cavabdehlər X4 və Cavabdeh6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu Səmədəbad kəndind yerləşən 7.4267 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılara münasibətdə paylı mülkiyyət hüququ üzrə bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu, Səmədəbad kəndində yerləşən 7.4267 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaqların oniddiaçılara münasibətdə, hər birinin payları–paylı mülkiyyət hüququ üzrə hər bir iddiaçıya 1/13 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir İddiaçılar tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Səmədəbad kəndində aşağıda göstərilən şəxslərə ümumi birgə mülkiyyət hüququ üzrə 7.4267 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi məxsusdur və mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir (hazırkı iddia tələbimizin predmetini məhz, ümumi birgə mülkiyyətçilərinə məxsus 7.4267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təşkil edir. Ümumi birgə mülkiyyətçilərdən sonuncu dörd sırada duranlar 10-cu, 11-ci, 12-ci, 13-cü mülkiyyətçilər bir iddiaçılardır. İddiaçı1 ailənin başçısı, o cümlədən İddiaçı2ın həyat yoldaşı,İddiaçı3 və İddiaçı4 isə atasıdır. Onlar iddiaçıların qeyd edilən qaydada ailə bağlılıqları vardır. Digər ümumi birgə mülkiyyətçilər, əsasən İddiaçı1 yaxın qohumlarıdır. Həmin şəxslərin İddiaçı1la qohumlarıdır. Cavabdeh1- İddiaçı1 baçısıdır. X7- İddiaçı1 anasıdır, vəfat etmişdir. X5-İddiaçı1 qardaşının həyat yoldaşıdır, vəfat etmişdir. Cavabdeh2-İddiaçı1 qardaşının qızıdır, o cümlədən Gündüzə Məmmədovanın qızıdır. Cavabdeh3-İddiaçı1 qardaşının qızıdır, o cümlədən Gündüzə Məmmədovanın qızıdır. X8-İddiaçı1 qardaşıdır. Cavabdeh5-İddiaçı1 qardaşının həyat yoldaşıdır, yəni Sadıq Məmmədovun arvadıdır. Cavabdeh6-İddiaçı1 qardaşıdır. Cavabdeh7-İddiaçı1 qardaşının həyat yoldaşıdır, yəni Cavabdeh6 arvadıdır. İddiaçı1 bildirir ki, onun mərhum anası X1 qalmış mirasdan pay istəmir. Onlar iddiaçılar bir ailənin üzvüləridir. Cavabdehlər, eyni zamanda iddia tələbimizin predmetini təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərlə qohumluq münasibətləri olmasına baxmayaraq ayrı-ayrı təsərrüfatları idarə edir. Odur ki, çox istəyir ki, mülkiyyətləri paylı mülkiyyət hüququ üzrə ayrılsın. Bununla bağlı cavabdehlərə müraciət etsək də, ümumi razılığa gələ bilməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X8 və Cavabdeh6 iddia tələblərini qəbul etdiyini iddiaçıların torpaqlarının ayrılmasına etiraz etmədiyini bildirmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh7 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışından görünür ki, Yevlax rayonu Səmədabad kəndində 7.4267 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1, X3, X2, Cavabdeh2 Raz qızının, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə Cavabdeh1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Səmədabad kəndində yerləşən 7,4267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/13 hissəsinə iddiaçıların hər birinin payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə Cavabdeh1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Səmədabad kəndində yerləşən 7,4267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/13 hissəsinə İddiaçı1, 1/13 hissəsinə İddiaçı2, 1/13 hissəsinə İddiaçı3 və 1/13 hissəsinə İddiaçı4 payları müəyyən edilsin. Qətnamədə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar