Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2561/2021 01.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər X7, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X8 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər X8 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 1135 manat məbləğində ziyanın, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1,00 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mülkiyyətində olan və cavabdeh Fazil Bakirov tərəfindən idarə edilən ** BL *** dövlət qeydiyyat nişanlı VAZ 21063 markalı avtonəqliyyat vasitəsi 21.06.2016-cı il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 04.06.2017-ci il tarixdə cavabdeh X10 idarə etdiyi “VAZ 21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə ** BX *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi haqqında Mingəçevir RPİ-nin qərarı ilə inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş və X10 barəsində İXM-nin 332.2 və 327.1 maddəsinə əsasən inzibati tənbeh tədbiri edilmişdir. Yol nəqliyyatı hadisəsi nəticəsində ** BX *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərin məbləği 1135 manat müəyyən edilmiş və həmin məbləğ avtomobil sahibinə, zərərçəkən şəxslərin şəxsi hesabına köçürmə yolu ilə ödənilmişdir. Sığorta hadisəsinin araşdırması zamanı müəyyən edilmişdir ki, yol nəqliyyatı hadisəsi baş verdiyi vaxt cavabdeh X10 oğlunun avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Orxan Qurbanov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi zamanı o, təqsirinə görə inzibati məsuliyyətə cəlb olunmuş və cərimə edilmişdir və ondan vurulmuş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi zamanı qeyd olunan avtomobil onun mülkiyyətində və sahibliyində olmayıb, o, avtomobilini başqa şəxsə satmışdır, digər cavabdeh Fazil Bakirovu tanımır və sonuncuya onun tərəfindən avtomobil verilməmişdir. İddia tələbi ona aid hissədə tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC seriyalı 572935 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur; Cavabdeh2 məxsus “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2016-cı il tarixdə 20 iyun 2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır; AC seriyalı 359846 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r; 22.06.2017-ci il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən 21.06.2016-ci il tarixdən 20.06.2017-ci il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 21063” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 iyun 2017-ci il tarixdə Mingəçevir şəhəri A.Məmmədov küçəsində baş verən sığorta hadisəsi zamanı sığortalanmış avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxs Maqsudov Vahid Vaqif oğluna 1135 manat məbləğində ziyan vurulmuşdur; "xxxx" ASC-nin 16 iyun 2017-cı il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair ” hesabata əsasən “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin zərər vurulmuş cəmi ehtiyyat hissələrinin dəyəri 1135 manat təşkil edir; 30.06.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi kimi 1135 manat məbləğində pul X5 ödənilmişdir; Mingəçevir Şəhər Polis X3 təhqiqatşısı polis kapitanı Elşən Şükürovun 14 iyun 2017-ci il tarixli cinayət işinin başlanmasıının rədd edilməsi barədə qərarından görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Mingəçevir şəhər polis şöbəsinin DYPB-nə göndərilmişdir; 30.06.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməyinə görə 100 manat məbləğində cərimə edilib; 11.01.2019-cu il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən vəkil xidməti üçün 200 manat məbləğində ödəniş edilmişdir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0, 40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Fazil Bakirov "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış avtomobili sürücülük hüququ olmadan idarə etmiş və yol nəqliyyatı hadisəsi törətmişdir. Sığorta hadisəsi zamanı zərərçəkənə vurulmuş ziyan iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Fazil Bakirovun vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 1135 manat məbləğində pul cavabdeh F.Bakirovdan alınaraq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh2 münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş 29.06.2016-cı il tarixli “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən” görünür ki, ** BL *** dövlət qeydiyyat nişanlı VAZ 21063 markalı avtomobil, mülkiyyətçisi Cavabdeh2 tərəfindən 29.06.2016-cı il tarixdə X1 verilmişdir. Beləliklə də müəyyən olunur ki, sığorta hadisəsi baş verən zaman, yəni 04.06.2017-ci il tarixdə sığortalı avtomobil Fazil Bakirovun qanuni sahibliyində olmuşdur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1135 manat məbləğində pul cavabdeh X6 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, 0,40 manat bank xidməti xərci, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh X6 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X8 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası qismən təmin edilsin. Cavabdeh X6 1135 (min yüz otuz beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, 0,40 manat bank xidməti xərci, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat X6 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2561/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2561/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver