Məhkəmə qərarları › İş №2(039)-264/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-264/2020

11.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-264/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olumamasının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X7 doğum akt qeydində soyadının və adının “Allahverdiyev Telman” yazılmasının səhv qeyd hesab edilməsi və onun soyadının və adının “Rəhimov Bəhman” müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X16 onun həyat yoldaşı olmuşdur. X16 xx xxxxxx 1955-ci il tarixdə Yevlax rayonu Hacımahmudlu kəndində anadan olmuş, onunla xx xxxxxxxx 1985-ci il tarixdə nikah bağlayıb ailə həyatı qurmuş və xx xxxxxxx 2017-ci il tarixdə xəstəliyi ilə əlaqədar Yevlax rayonu Hacımahmudlu kəndində vəfat etmişdir. 1995ci ildə yaşadıqları evdə yanğın olarkən X3na məxsus doğum haqqında şəhadətnaməsi yanıb məhv olunmuşdur. X19 məxsus torpaq sahəsinə dair vərəsəlik işi açılması zərurətilə əlaqədar onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin X3na Yevlax rayon Qaramanlı İcra nümayəndəsi tərəfindən tərəfindən xx xxxx 1955-ci il tarixdə tərtib edilmiş 7 saylı doğum akt qeydində soyadı və adı səhvən “Allahverdiyev Telman” kimi yazıldığına görə tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, mərhum ərinə məxsus bütün sənədlərdə- şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamədə, birgə nikahdan olan uşaqlarının doğum haqqında şəhadətnamələrində, ərinin adı və soyadı Bəhman Rəhimov yazılmasına baxmayaraq, mərhum ərinin doğum haqqında akt qeydində adı və soyadı Telman Allahverdiyev yazılmışdır. Mərhum ərinin doğum akt qeydində onun ad və soyadından başqa bütün məlumatlar- doğulduğu tarix, ata və ana adı, baba adı, doğulduğu yer barədə məlumatlar düzgün yazılmışdır. O, X7 adına doğum akt qeydinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, Bəhman Rəhimovun adına doğum akt qeydi aşkar olunmamışdır. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3963 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yevlax rayon Qaramanlı icra nümayəndəliyi tərəfindən xx.xx.1955ci il tarixdə tərtib edilmiş 7 saylı doğum akt qeydi nəzərdən keçirilərkən vətəndaşın soyadının və adının “Rəhimov Bəhman” kimi deyil “ Allahverdiyev Telman” kimi qeyd olunduğu müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 05/Q-790/70 saylı arayışdan görünür ki, X16 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları və arxiv məlumatları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X16 xx xxxxxx 1955-ci ildə Yevlax rayonu Qaramanlı kəndində anadan olmuşdur və Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatdadır.(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 2762034) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X22 xx.xx.2004-cü il tarixdə verdiyi AA seriyalı 782726 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1955ci il təvəllüdlü X12 “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Pasport Qeydiyyat İdarəsinin məlumatlarından görünür ki, X16 Azərbaycan Respublikası vətəndaşıdır, xx xxxxxx 1955ci ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən xx.xx.1885-ci il tarixdə verilmiş İV ЖГ 255032 №li nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X20 arasında bağlanmış nikah 1985-ci ilin sentyabr ayının 24-cü günündə akt qeydləri kitabında 317 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada isə Rəhimova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 905309 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2017-ci ildə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 127355 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur; atası – X16, anası – Ərizəçidır. Maraqlı şəxs tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 127356 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur; atası – X16, anası – Ərizəçidır. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-3918-1220 saylı məktubundan görünür ki, X7 Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyata alınmasına əsas olunmuş sənədlər arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 281 saylı məktubdan görünür ki, 1955-ci il təvəllüdlü X10 aid şəxsi iş xx.xx.1973-cü il tarixdə 1069 nömrəli məktubla keçmiş Şamuyan rayon Hərbi Komissarlığından Yevlax rayon Hərbi Komissarlığına daxil olmuşdur və xx.xx.1973-cü il tarixdə müddətli həqiq hərbi xidmətə göndərilmişdir. 1955-ci il təvəllüdlü X10 hərbi biletin verilməsi barədə əsasverici sənədlərin saxlanma müddəti bitdiyi üçün bu barədə heç bir məlumat aşkarlanmamışıdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli, 07 saylı doğum aktı qeydindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur; atası –X6, anası – X8r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 05/2-2869/13 saylı məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən Bəhman Rəhimovun doğumu, Telman Allahverdiyevin isə ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, ərizəçinin qaynıdır. X3 onun qardaşıdır. Onlar ailədə 4 bacı, 2 qardaş olmuşlar. X1, anaları isə X8r. Onun Telman adında qardaşı olmayıb, qardaşı Bəhmanın doğum akt qeydinə soyadı və adı səhv olaraq qeyd edilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin məhrum həyat yoldaşının şəxsiyyət vəsiqəsindəümumi vətəndaş pasportunda, sürücülük vəsiqəsində, ölüm haqqında şəhadətnaməsində göstərilmiş “adı” və “soyadı” ilə doğum akt qeydində göstərilən “adı” və “soyadı” düz gəlmir, doğum akt qqeydində “X16” əvəzinə “X4” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi qanunvericiliyin qeyd olunan göstərişlərinə istinad edərək xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, doğum akt qeydində göstərilən “X5” ilə ərizəçinin mərhum həyat yoldaşının şəxsiyyət vəsiqəsində,ümumi vətəndaş pasportunda, sürücülük vəsiqəsində, ölüm haqqında şəhadətnaməsində göstərilən “X16” eyni şəxsdir və X2 doğum akt qeydinə düzəliş edilərək ad və soyadı Bəhman Rəhimov kimi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx xxxx 1955-ci il tarixli doğum haqqında 7 №-li akt qeydinə düzəliş edilərək adı və soyadı Bəhman Rəhimov kimi qeyd edilsin. Qətnamə düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar