Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2658/2025 26.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasgngn katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Yəldilli kəndində yerləşən 6.8944 ha torpaq sahəsi hazırda onun və digər cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Qeyd edildiyi kimi ümumi birgə mülkiyyətdə olan əmlak səkkiz nəfər şəxsin daşınmaz əmlakıdır. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi paylara münasibətdə paylar müəyyən olunmadığından və naturada bölünmədiyindən, o, payını nə sata bilmir, nə də həmin torpaq üzərində sərəncam vermə hüququnu müəyyənləşdirə bilmir. Cavabdehlərlə qarşılıqlı razılıq əldə edə bilmədiyi üçün məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətdə olan 6.8944 ha torpaq sahəsinin mülkiyyətçiyə münasibətdə payının müəyyən olunmasını istəyir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2 və 213.5-ci maddələrinə istinad edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Yəldilli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 6.8944 ha torpaq sahəsində payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən atası Cavabdeh1 və analığı Cavabdeh3 vəfat etdiklərini, texniki səhv olaraq cavabdehlər siyahısında adlarının qeyd edildiyini göstərərək, atası Cavabdeh1 və analığı Cavabdeh3 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Yevlax rayonunun Yəldili kəndində yerləşən 6.8944 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən veriliş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Fuat qızı 01 iyun 2008-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 14 noyabr 2014-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasgnda müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonunun Yəldili kəndində yerləşən 6.8944 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Fuat qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və İddiaçı ümumi birgə mülkiyyətindədir. Cavabdehlər ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə könüllü olaraq razılıq vermədiklərindən iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payı müəyyən edilməlidir. Payların miqdargna gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 8 nəfərdən ibarət mülkiyyətşisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının payı 1/8 hissə təşkil edir. Azərbaycan Respublikasg Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka üz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasgngn Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonunun Yəldili (Yaldili) kəndində yerləşən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və İddiaçı ümumi birgə mülkiyyətində olan 6.8944 ha kənd təsərrüdfatı təyinatlı torpaq sahəsində iddiaçı iddazg İddiaçı Fğzuli orlunun payg 1/8 hissədə müəyyən edilsin. Cvabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay mğddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2658/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2658/2025
26.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver