Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2703/2024 29.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hdiayət oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin materiallarına yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1168/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu X1 2020-ci il tarixdə Yevlax Ryon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Cavabdeh boşanmasına baxmayaraq əşyaları onun (iddiaçının) evində qalmış və həmin əşyaların onun evində qalması həmin ev üzərində onun (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. O cümlədən qeyd edilən əşyaların onun evində qalması evin otağının bərbad hala düşməsinə səbəb olur. Belə ki, cavabdeh müvəqqəti olaraq hazırda onun (iddiaçının) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evə gəlin gəlmiş və özünə məxsus əşyalarını da həmin mənzilə gətirmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 152.1, 157.2, 157.4-cü maddələrinə istinad edərək, paylı mülkiyyətdə olan Göygöl rayonunun Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus iddia ərizəsində göstərilən əşyaların çıxarılaraq boşaldılmaına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, hazırkı işə baxılması müstəsna aidiyyət qaydalarına uyğun olaraq Göygöl Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və həmin işə Yevlax Rayon Məhəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğundan mövcud fikir ayrılığının aradan qaldırılması üçün hazırkı iş X3 göndərilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayonunun Üçtəpə kəndində yerləşən 1 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Göründüyü kimi iddiaçının cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi Göygöl rayonunun Üçtəpə kəndində yerləşir və tərəflər arasında yaranmış mübahisə cavabdehə məxsus cehiz əşyalarının həmin evdən çıxarılması və evin boşaldılmasından ibarətdir. Göygöl Rayon Məhkəməsi isə qərardadında cavabdehin Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olmaqla orada yaşamasına, cehiz əşyalarının daşınmaz əmlakla əlaqədar olmamasına görə mülki işin ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Yevlax Rayon Məhkəməsinə gönərilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiadır və buna görə də, hazırkı iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə Göygöl Rayon Məhkəməsinə aiddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə işə baxılmasında Göygöl Rayon Məhkəməsi ilə Yevlax Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan işin ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi hazırkı mülki işin ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı mövcuddur ki, bununla da məhkəmə aidiyyət məsələsinin həlli üçün işi baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 33, 45, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Göygöl Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair Göygöl Rayon Məhkəməsi ilə Yevlax Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2703/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2703/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver