Məhkəmə qərarları › İş №2(039)-279/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-279/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-279/2020 19.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçının xeyrinə 4000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il saat 16:00 radələrində Yevlax rayonu Nizami küçəsində Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, “VAZ 21033” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə edərkən yanlış manevr etmiş və nəticədə X1 idarə etdiyi “MERCEDES Benz E 320” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. Yevlax rayon polis şöbəsinin xx.xx.2015-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərara əsasən, Cavabdeh Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuşəməli törətməkdə təqsirli bilinmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “MERCEDES Benz E 320” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobilə 4000 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 0924/16 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində vəşəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərər çəkən X2 avtomobilə dəymiş zərərə görə 4000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, vurulmuş zərənin düzgün hesablanmadığını, törətdiyi əmələ görə cəza çəkdiyini bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsindən görünür ki, “Vaz-21033” markalı, ** BC *** dövlət qeydiyyat nişanlıminik avtomobili sığortalıCavabdeh tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətində sığortalanmış, şəhadətnamənin “sığorta məbləğinə dair məlumat” hissəsində əmlaka vurulan zərərə görə 5000 manat ödənilməsi qeyd edilmişdir. Sığorta müddətində - xx.xx.2015-ci il il tarixində Cavabdeh idarə etdiyi “Vaz-21033” markalı, ** BC *** dövlət qeydiyyat nişanlıminik avtomobil “MERCEDES Benz E 320” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobil mexaniki zədə almışdır. Yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təsdiqlənmiş, o, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqiyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli Sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, “MERCEDES Benz E 320” minik markalı **-EJ-*** dövlət nömrə nişanlıavtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində avtomobilin sahibinə 4000 manat məbləğində ziyan dəyib. İddiaçı həmin akta əsaslanaraq dəymiş zərərin məbləğini sığorta aktı ilə 4000 manat müəyyən etmiş və “MERCEDES Benz E 320” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X2 xx.xx.2016-cı il tarixində 4000 manat məbləğində sığorta ödənişi ödəmişdir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3595 saylı rəydən görünür ki, “xxxxxxxxxxxxxxxxx”şirkətinin xx.xx.2016-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı“Mercedes Benz E 320” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixinə təxminən 3620,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, sığortalının vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə dəödənilmiş sığorta ödənişinə görə 3620 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3620 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görəödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat (otuz) manat alınaraq iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar