Məhkəmə qərarları › İş №2(039)-359/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-359/2020

07.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-359/2020 07.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 228.775,34 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx xxxx 1983-cü il; doğulduğu yer – Azərbaycan Respublikası Yevlax şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 17652892) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan hüquqi şəxs “BAKİ TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) 5986,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 5140,27 manat, faizlər üzrə 846,12 manat maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), “ABŞERON TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) 21998,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 17671,44 manat, faizlər üzrə 4327,37 manat maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), “SAVANNA-R MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********) 58981,09 manat məbləğində (o cümlədən, vergilər üzrə 50260,53 manat, faizlər üzrə 8720,56 manat maliyyə sanksiyası üzrə 0 manat, “ALLİANCE TİKİNTİ İNŞAAT MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********) 141809,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 113960,4 manat, faizlər üzrə 27848,65 manat maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), vergi borcları vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********604100, xx.xx.2019-cu il tarixli **********669800, xx.xx.2019-cu il tarixli **********475300, xx.xx.2019-cu il tarixli **********864700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək hazırki işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”xxxxxxxxxxxxxxxx“BAKİ TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) VÖEN-lə xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin rəhbəri ünvan 1 ünvanında yaşayan Maraqlı şəxsdır. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”xxxxxxxxxxxxxxxx“ABŞERON TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) VÖEN-lə xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin rəhbəri ünvan 1 ünvanında yaşayan Maraqlı şəxsdır. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”xxxxxxxxxxxxxxxx“SAVANNA-R MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin(**********) VÖEN-lə xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin rəhbəri ünvan 1 ünvanında yaşayan Maraqlı şəxsdır. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”xxxxxxxxxxxxxxxx“ALLİANCE TİKİNTİ İNŞAAT MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) VÖEN-lə xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin rəhbəri ünvan 1 ünvanında yaşayan Maraqlı şəxsdır. İş materiallarında olan “BAKİ TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 5986,39 manat vergi borcu yaranmışdır. İş materiallarında olan “ABŞERON TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 21998,81 manat vergi borcu yaranmışdır. İş materiallarında olan “SAVANNA-R MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 58981,09 manat vergi borcu yaranmışdır. İş materiallarında olan “ALLİANCE TİKİNTİ İNŞAAT MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 141809,05 manat vergi borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “BAKİ TƏMİR İNŞAAT”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ABŞERON TİKİNTİ İNŞAAT”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“SAVANNA-R MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ALLİANCE TİKİNTİ İNŞAAT MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün cəmiyyətin rəhbəri olanMaraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1983-cü ildə Azərbaycan Respublikasında doğulmuş və ünvan 2 ünvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar