Məhkəmə qərarları › İş №2(039)-37/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-37/2024

21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-37/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X7, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mirasın qəbul edilməsinin müəyyən edilməsi və payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi və payın ayrılması tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, sonradan iddia həcminin azaldılmasına dair ərizəsində 1995-ci ildə X6nun ölmündən sonra ünvan 1 fərdi yaşayış evinin mərhumun arvadı və oğlu müvafiq olaraq X14 və X24 tərəfindən qəbul və idarə edildiyini, 2018-ci ildə X12nun, 2021-ci ildə isə X1 vəfatından sonra miras qalmış əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edildiyini və idarə edildiyini nəzərə alaraq mirasın yəni - X6ndan miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinə və torpaq sahəsindən X16 payına münasibətdə iddiaçıların hər ikisinin, habelə X4ndan miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinə və torpaq sahəsindən X12nun payına münasibətdə İddiaçı1 tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, X18 İddiaçı1 babasıdır. Babasına məxsus olan ünvan 1 ünvanında fərdi yaşayış yeri mövcuddur. X1 adına Ü.Hacıbəyov küçəsi 154 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə mövcuddur. X6 xx.xx.1995-ci il tarixində xroniki ağ ciyər çatışmamazlığından, X4 isə xx.xx.2021-ci il tarixində ürəyin işimik xəstəliyindən vəfat etmişlər. O, eyni zamanda sözügedən baba və nənəsinin övladı X16 qızıdır. Təqdim etdiyi çıxarışdanda göründüyü kimi ünvan 2 ünvanı tam mülkiyyət hüququ üzrə X6nun mülkiyyətidir. Həmin evin yerləşdiyi 0,08 ha torpaq hissəsinin 1/6 hissəsi X12nun, 2/6 hissəsi X1, 2/6 hissəsi əmisi Cavabdeh və 1/6 hissəsi özünün mülkiyyətindədir. X12 xx.xx.2018-ci ildə vəfat etmişdir. Atası, anası və o həmin evdə bu günə kimi yaşamışlar. Onun X12 miras qoyanlar X13 və X8 oğlanlarından biridir. Anası yəni digər İddiaçı2 və özü mübahisələndirilən evdə yaşamış və hazırda da yaşayır. Qeyd etdiyi kimi onun atası, nənəsi və babası vəfat etdiyi gündən ünvan 2-də yaşamaqla, X6ndan miras qalmış ünvan 1 evi yaşamaqla qəbul etmişdir. Çünki X6 xx.xx.1995-ci ildə ölmüşdür. X12 bu mirası babası öldüyü gündən orada yaşamaqla qəbul edibdir. X4 isə atası öləndən sonra xx.xx.2021-ci ildə vəfat etmişdir. Ondan sonrada bu evdə o və anası yaşamışdır. Babasından qalan mirası onlar yaşamaqla qəbul etmiş və idarə etmişlər. Nənəsi vəfat edəndən sonra nənəsinin vəfat etmiş övladı X16 vərəsəsi olaraq ona məxsus olan evin torpaq sahəsinin 2/6 hissəsini onun vərəsəsi olaraq qəbul etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışı təqdim etmişdir. Anası İddiaçı2 X19 münasibətdə onunla bərabər birinci növbəli vərəsəsidir. Onlar hər iki yuxarıda sadaladığı şəkildə mirası idarə etmiş və hal-hazırda yaşayırlar. Təqdim etdiyi əmlaka dair çıxarışdan və işdən də göründüyü kimi fərdi yaşayış evi babasındır. Atası sağlığında babasın vəfatından sonra ona aid mirası nənəsi ilə birlikdə qəbul etmişdir. Atasının 2018-ci ildə ölümündən sonra atasın qəbul etdiyi mirası anası-İddiaçı2 və o-İddiaçı1 qəbul etmişlər. Bundan sonra 2021-ci ildə nənəsi vəfat etmişdir. Nənəsinə aid olan 2/6 hissədə torpaq sahəsini o-İddiaçı1 bu mirasda yaşamaqla mirası idarə etməklə qəbul etmişlər. Qeyd olunanları nəzərə alaraq onlar tərəfindən fərdi yaşayış evinə münasibətində mirasın qəbul edilməsinin müəyyən edilməsini və payın ayrılmasını, həmçinin X1 ünvan 2-ün ərazisində olan torpaq sahəsinin miras olaraq 2/6 hissəsinin və babasının ölümündən sonra onun tərəfindən qəbul edilmiş fərdi yaşayış evinə münasibətdə ona aid payın miras əmlakı olaraq tərəfimdən qəbul edilməsini nəzərə alaraq, həmin əmlaka dair mirasın qəbul edilməsinin müəyyən edilməsini və payın ayrılmasını istəyir. İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, X11 miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinə və torpaq sahəsindən X16 payına münasibətdə iddiaçıların hər ikisinin, habelə X5 miras qalmış ünvan 2 saylı fərdi yaşayış evinə və torpaq sahəsindən X12nun payına münasibətdə İddiaçı1 tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıların hazırda mübahisələndirdikləri fərdi yaşayış evində yaşadıqlarını, sözügedən torpaq sahəsindən istifadə etdiklərini, mərhum qardaşı X16 2018-ci ildə vəfatından sonra tərəflər arasında bu cür mübahisələr yaşandığını, qətnamə qəbul edilərkən özünün və digər vərəsələrində hüquqlarının nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs, Yevlax rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçının vəkili Fərhad Məmmədov iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Ayaz Salehov tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 92 saylı məktubda qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.08. ha torpaq sahəsinin miras qoyana məxsus hissəsindən onlara çatan paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş etmiş, mirasın bölgüsündə digər vərəsələr ilə aralarında mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mirasın bölüşdürülməsi ilə bağlı müüvafiq iddia tələbi ilə məkməyə müraciət oluna bilər. Notariat kontorunun xüsusi notariusu Ayaz Salehov tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 203 saylı məktubda qeyd edilir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanında yerləşən evindən onlara çatan paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş etmiş, mirasın bölgüsündə digər vərəsələr ilə aralarında mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mirasın bölüşdürülməsi ilə bağlı müüvafiq iddia tələbi ilə məkməyə müraciət oluna bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3-da yerləşən fərdi yaşayış evi İddiaçı1, həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin 1/6 hissəsinə X16, 2/6 hissəsinə X10, 2/6 hissəsinə Cavabdeh, yaşayış evi (tam) X15 və 1/6 hissəsinə İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 938392 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X18 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhəri 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı2 həqiqətən də ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Ü.Hacıbəyov ev 154 ünvanında yaşayır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09İS/207848-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.1939-cu il təvəllüdlü X14 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1935-ci il təvəllüdlü Cəfərov Sabir oğlu (vəfat etmiş), oğlu xx.xx.1962-ci il təvəllüdlü X25, oğlu xx.xx.1964-cü il təvəllüdlü X26, oğlu xx.xx.1966-cı il təvəllüdlü X21, oğlu xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh (vəfat etmiş), qızı xx.xx.1970-ci il təvəllüdlü X17, oğlu xx.xx.1972-ci il təvəllüdlü X24 (vəfat etmiş), oğlu xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh və oğlu xx.xx.1975-ci il təvəllüdlü X30 (vəfat etmiş)oğludur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən ünvan 3-da yerləşən fərdi yaşayış evi tam payla X13 mülkiyyətinə verilmiş, Sabir Cəfərov isə xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda həmin çıxarışa əsasən ünvan 3-da yerləşən fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsi 1/6 hissəsədə X16, 2/6 hissəsədə X8, 2/6 hissəsədə Cavabdeh, 1/6 hissəsədə isə İddiaçı1 mülkiyyətinə verilmiş, Sabir Cəfərov xx.xx.1995-ci il, Səmayə Cəfərova xx.xx.2021-ci il, Səməd Cəfərov isə xx.xx.2018-ci il tarixlərdə vəfat etmişlər. İddiaçıların müvafiq olaraq atası və əri X38 Cəfərovun varisi olmuş və sonuncu, xx.xx.1995-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı (Üzeyir Hacıbəyov küçəsi ev 154-da yerləşən fərdi yaşayış evi) birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Səməd Cəfərov xx.xx.2018-ci il tarixdə öldükdən sonra isə qızı və arvadı iddiaçılar İddiaçı1, İddiaçı2 birinci növbə vərəsə kimi həmin miras əmlakdan istifadə etməklə onu qəbul etmişdir. Eyni zamanda İddiaçı1 nənəsi Səmayə Cəfərovanın varisi olmuş və sonuncu, xx.xx.2021-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı vərəsə kimi faktiki olaraq həmin miras əmlakdan istifadə etməklə onu qəbul etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını, dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi iddiaçaya vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.08 ha yaşayış məntəqələri torpaqları sahəsinin 2/6 hissəsəsini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma aid hissəsini miras əmlak kimi İddiaçı1 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. X3 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum Səməd Cəfərova aid hissəsini miras əmlak kimi İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar