Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-389/2021 12.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı2ş oğlunun iştirakı ilə, İddiaçı2ş oğlunun və İddiaçı1 cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2ş oğlu və İddiaçı1 cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1 ədəd velosipedin dəyəri olan 120 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında İddiaçı2 məxsus olan 1 ədəd velosipedi oğurlamışdır. Cavabdeh X3 törətmiş olduğu əmələ görə inzibati məsuliyətə cəlb olunaraq Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-cu il qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 gün inzibati qaydada həbs edilmişdir. Qərarda göstərilən 1 ədəd velosipedin dəyəri 120 manat manat təşkil edir. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm maddi cəhətdən, həm də mənəvi cəhətdən ziyan çəkmişdir. Məhkəmə iclasında İddiaçı2ş oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər İddiaçı1 və cavabdeh X3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 3(039)-936/2020 saylı iş üzrə çıxartdığı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı2ş oğluna məxsus həyət evindən 120 manat dəyərində olan 1 ədəd velosipedi oğurlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı2ş oğluna məxsus həyət evindən 120 manat dəyərində olan 1 ədəd velosiped oğurlamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı2ş oğlunun xeyrinə 120 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh X1 120 (bir yüz iyirmi) manat məbləğində pul İddiaçı2ş oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-389/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-389/2021
12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver