Məhkəmə qərarları › İş №2(039)-41/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-41/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-41/2022 04.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 6000 manat məbləğin, mənəvi ziyana görə 7000 manat məbləğin və iddia tələbi ilə əlaqədar banka ödədiyi 30.40 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianın qismən qəbul edir. 500 manat sənədləşdirmə üçün pul almışdır. Həmin pulu qaytarmağa etiraz etmir. Təmirə qeyd olunan qədər vəsait xərclənməyibdir. İş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş və rəydə göstərilən təmir xərcini iddiaçıya ödəyəcəkdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2019-cu ilin iyun ayında cavabdehə məxsus mənzili almaq qərarına gəlmiş və danışıqdan sonra ona beh kimi 500 manat pul vermişdir. Sonradan cavabdehin təşəbbüsü ilə aralarında olan razılaşmaya əsasən həmin mənzilə köçmüşdür. Eyni zamanda alqı-satqını rəsmiləşdirmək üçün notariusa müraciət etmişdir. Lakin evin sənədləri natamam olması müəyyən edildi. O xərc çəkərək evin sənədlərini qaydaya salmış və müvafiq çıxarış almışdır. Cavabdeh ondan 2020-ci ilin may ayınadək alqı-satqının gözləməsini xahiş etdi o da razılıq vermişdir. Bunun müqabilində cavabdeh ona alqı-satqın üzərinə götürməsi barədə yazılı qəbz də vermişdir. Sonrada sosial yardım almaq adı ilə alqı-satqının müddətini 2021-ci ilin yanvar ayınadək uzatdı. O isə evi aldığını fikirləşərək, evi təmir etdirmiş, 4500 manat xərc və mənzilin sənədlərini qaydasına salmaq üçün 1000 manat çəkmişdir. Cavabdeh onun evinə gələrək onun üzərinə hücum etmiş onu döymüş və ona mənəvi ziyan vurmuşdur. Hazırda cavabdehdən 500 manat verdiyi behi, 4500 manat təmir xərcini, 1000 manat sənədlərin hazırlanması üçün və 7000 manat mənəvi ziyana görə pul tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, beh kimi, yəni sənədlərin qaydaya salınması üçün 500 manat pul almışdır. Həmin pulu qaytarmağa razıdır. İddianın təmin xərci ilə hissəsi ilə razı deyil. Belə ki, təmirə təxminən 800 manat pul xərclənmişdir. İddianın 1000 manat sənədlərin hazırlanması üçün pul və 7000 manat mənəvi ziyan hissəsini ümumiyyətlə qəbul etmir. Cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizədən məlum olur ki, Cavabdeh Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, 1 saylı mənzili 2020-ci ilin may ayının sonunadək İddiaçı satmağı öz üzərinə götrmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsinin 07 sentyabr 2021-ci il tarixli 262 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 1-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1968/2021 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 18 mart 2022-ci il tarixli 10/6594 saylı rəyindən məlum olur ki, Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinin dəhliz, mətbəx və yaşayış otağının divarları və tavanları boya ilə rənglənmiş, döşəmələri isə linoliumla üzləndiyi müəyyən edilmişdir. Hamam-ayaqyolu tikililərinin sanitar qovşağının döşəməsi sement məhlulu ilə üzlənmiş, su və kanalizasiya xətlərinin bir hissəsinin təmir olunduğu müəyyən edilmişdir. Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzildə aparılmış müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 kv.m sahəyə təqribən 150 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinin təmirinə 4260 manat (28.4x150) dəyərində vəsait sərf olunduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər X1 və İddiaçı çıxarılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mənzil almaq istəmiş və cavabdehlə sonuncuya məxsus şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilin alqısatqısı barədə razılaşmışlar. Mənzilin sənədləri qaydasında olmadığından iddiaçı cavabdehə beh (sənədlərin qaydasına salınması) kimi 500 manat pul vermişdir. Həmçinin iddiaçı cavabdehə məxsus mənzilə köçərək orada təmir işləri gördürmüşdür. Tərəflər arasında olan razılığa əsasən mənzil 2020-ci ilin may ayının sonunadək iddiaçının adına rəsmiləşdirilməsi idi. Lakin razılıqları pozulmuş və iddiaçı 500 manat beh, 4500 manat təmir xərci, 1000 manat sənədlərin hazırlanması üçün xərcin və 7000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, 500 manat behin (sənədlərin hazırlanması üçün pulun) qaytarmasına etiraz etmədiyini, həmçinin təmir xərci ilə bağlı ekspertiza təyin edilməsini və ekspert rəyində göstərilən təmir xərcini ödəməyə razı olduğunu bildirmişdir. Ekspertiza rəyi ilə mənzilin təmirinə 4260 manat xərc çəkildiyi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər X1 və İddiaçı çıxarılması qət edilmişdir. Məhkəmə iddianın 1000 manat sənədlərin hazırlanması üçün xərc hissəsi ilə qeyd edir ki, sənədlərin hazırlanması üçün iddiaçı tərəfindən 1000 manat pul xərclənməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin həmin xərclər nədən ibarət olması əsaslandırılmamışdır. Həmçinin iddianın mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin nədən ibarət olmasını və həmin zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. İddianın 500 manat avans hissəsini cavabdeh tam qəbul etdiyindən iddia həmin hissədə təmin edilməlidir. İddianın 4500 manat təmir xərci hissəsində məhkəmə qeyd edir ki, ekspert rəyi ilə mənzilin təmirinə 4260 manat xərc çəkildiyi müəyyən edildiyindən iddianın təmin xərci hissəsi 4260 manat hissəsində təmin edilməlidir. Həmçinin cavabdeh təmirə 800 manat pul xərcləndiyini bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat avans (sənədlərin hazırlanması üçün ödənilmiş pul), 4260 manat mənzilə çəkilmiş təmir xərci və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi və mənəvi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat avans, 4260 manat mənzilə çəkilmiş təmir xərci və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar