Məhkəmə qərarları › İş №2(039)-442/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-442/2020

15.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-442/2020 15.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1985-ci il tarixli, 241 nömrəli qərarına əsasən şəhər müharibə və əmək veteranları şurasının “Veteran” sahəsi 10 nömrəli ərazidən bağçılıq təsərrüfatı və yoldaşlıq bağçılıq təsərrüfatı məqsədi ilə 0,05 ha torpaq səhəsi anası X2 verilmişdir. Sonradan qeyd olunan torpaq sahəsi hüquqi əsaslarla anası X1 adına xx.xx.2016-cil il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan çıxarış tam qanuni əsaslarla verilmişdir. Cavabdehin mərhum anasının torpaq sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, anasının adına olan torpaq sahəsini Cavabdeh xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrindən qeydiyyatdan keçirmişdir. Bütün bunlar cavabdeh tərəfindən qanunsuz həyata keçirilmişdir və hesab edir ki, ünvan 1 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-229/2018 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh(hazırkı iş üzrə cavabdeh) iddiası təmin edilərək, iddiaçının hazırkı iddia ərizəsində qeyd etdiyi və anası X1 adına olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi öhdəliyi DƏDRX-in 17 nömrəli X3 üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya izah olunur ki, hazırkı tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunur ki, hazırkı tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar