Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-460/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Novruz oğlunun və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Novruz oğluna qarşı cavabdehdən onun qanunsuz hərəkətləri nəticəsində ona vurduğu maddi ziyana görə 618 manatın, eyni zamanda mənəvi zərərə görə 500 manatın və dövlət rüsumu kimi ödədiyi 30,40 manat pulun, cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,Yevlax rayonu Kövər kəndində yaşayır və orada qeydiyyatdadır. Əvvəllər həmin kənddə qaynatasının evində yaşamışdır. Sonradan isə hazırda yaşadığı evi tikərək altı ildir ki, bu evə köçmüşdür. Həmin vaxtdan da, qonşusu Xəqani ilə mübahisələri başlayıb. Cavabdeh xx xxxx 2019-cu il tarixdə evinə gəlib heç bir əsas olmadan onunla mübahisə edərək qaz sayğacını sındırmışdır. Bu hal artıq üçüncü dəfədir ki, baş verir. Ona görə də məcburiyyət qarşısında qalaraq Yevlax rayon Polis Şöbəsinə cavabdehin qanunsuz hərəkətləri barəsində şikayət etmişdir. Cavabdehdən maddi ziyana görə 618 manatın, eyni zamanda mənəvi zərər görə 500 manatın və dövlət rüsumu kimi 30,40 manat pulun ona ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh tərəfindən onun qaz sayğacı sındırıldığı üçün ona gələcəkdə cərimə hesablanacaq və sayğacın dəyərinin onun tərəfindən ödənilməsi tələb ediləcək. Bu səbəbdən də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Novruz Alıyev iddia tələbini qəbul etməyərək, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz sayğacına heç bir müdaxilə edilmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş maddi zərərin ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi zərərin ödənilməsi hissəsində iddiaçın öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 618 manat məbləğində maddi ziyan dəymişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçın maddi ziyanla bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçının mənəvi sarsıntı keçirməsi nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Novruz oğluna qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-460/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-460/2020
20.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver