Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-486/2020 24.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı İddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı“xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 85 manat məbləğində sığorta ödənişinin və 20,40 manat dövlət rüsumunun, ümumilikdə 105,40 manat məbləğində pul vəsaitinin Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-FO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E280 CDİ markalı avtonəqliyyat vasitəsi "xxxxxxxxxxxx" tərəfindən xx.xx.2019-cu il tarixində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növüüzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** FO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E280 CDİ markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** ME *** dövlət qeydiyyat nişanlı Lexus RX 350 markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Hadisənin səbəbləri təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol- nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi iləəlaqədar Bakışəhər BPİ DYPİəməkdaşı tərəfindən Cavabdeh barəsində xx.xx.2019-cu il tarixli, TYP 138275 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxxxxxxxxxx" ASC tərəfindən tərtib olunmuş "zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** ME *** dövlət qeydiyyat nişanlı Lexus RX 350 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 85 manat məbləğində müəyyən edilmişdir. "xxxxxxxxxxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən "xxxxxxxxxxxx" ASC tərəfindən dəymiş ziyana görə 85 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AD seriyalı 227792 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E280 CDİ” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh məxsus “Mercedes Benz E280 CDİ” dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdə xx xxxxxx 2020-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən “Lexus RX 350” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilinin zərər vurulmuş cəmi ehtiyyat hissələrinin dəyəri 85 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək “xxxxxxxxxxxx”ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Mercedes Benz E280 CDİ” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə Bakışəhəri Yasamal rayonu, Azərbaycan prosbektində baş verən sığorta hadisəsi zamanı sığortalanmış avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxs Alıev Dzhamala 85 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxx”ASC-nin xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktına akta əsasən sığorta ödənişi kimi 85 manat məbləğndə pul Əliyev Camalaödənilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TYP seriyalı 138275 №li qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Məhkəmə bildirişi “Bakıda yaşayır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, cavabdehin vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 85 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1992-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh 85 (səksən beş) manat məbləğində pul vəödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-486/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-486/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver