Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-496/2022 02.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi1 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və X6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X11, X7, X3, X12, X13 və X14 adına verilmiş Yevlax rayon Aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş JN-193F kod 90111038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının X15, Ərizəçi1, X4, X17, X18 və X19 məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 nümayəndəsi X20 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat komissiyasının 01 avqust 1998-ci il tarixli 34 saylı qərarı ilə ərizəçilərə və ailə üzvlərinə Yevlax rayonu, Yuxarı Salamabad kəndində 0.14 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-193F, kod 90111038 saylı şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə 2-ci və 3-cü sıra sayında ərizəçilər qeyd olmuşdur. Şəhadətnamədə ərizəçilər müvafiq olaraq X16 və X1 göstərilmişlər. Torpaq şəhadətnaməsində ərizəçiıərin adı səhvən X16 və X1 göstərilmişdir. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından ərizəçilər məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 30 dekabr 2021-ci il tarixli, **********73 saylı məktubdan görünür ki, Ərizəçi1 JN-193F KOD 90111038 saylı şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-193F KOD 90111038 saylı şəhadətnamədən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 saylı qərarı ilə X15, X10, X5, X17, X18 və X19 0.14 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Xaldan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 21 yanvar 2022-ci il tarixli 56 saylı arayışından məlum olur ki, Ərizəçi1, X6, X23, X24 və X25 həqiqətən Yevlax rayonu, Yuxarı Salamabad kəndində yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 34 saylı qərarı əsasında ərizəçilərə və onların ailə üzvlərinə 0.14 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-193F KOD 90111038 saylı şəhadətnamədə texniki səhvə yol verilmiş ərizəçilər Ərizəçi1 və X2 adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-193F KOD 90111038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X15, Ərizəçi1, X4, X17, X18 və X19 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-193F KOD 90111038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X15, Ərizəçi1, X4, X17, X18 və X19 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-496/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-496/2022
02.03.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver