Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-499/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X11 Cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı «mərhum atasından miras qalmış ünvan 2 fərdi yaşayış evinə dair mirasdan payının müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı «mərhum atasından miras qalmış ünvan 2 fərdi yaşayış evinə dair mirasdan payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, ******* nömrəli çıxarışa əsasən mərhum atasından miras qalmış ünvan 2 fərdi yaşayış evinə dair, mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdr. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X12 miras qalmış, Yevlax şəhəri, F.İsayev küçəi 42 ünvanında yerləşən fərdi yaşayış evində, mirası faktiki olaraq qəbul etmiş şəxləri nəzərə alaraq, payının üçdə bir hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, atası X14 ölümündən sonra ondan ünvan 2 fərdi yaşayış evi miras olaraq qalmışdır. Həmin mirası faktiki olaraq, o cavabdehlərlə birgə qəbul etmişlər. Hazırda atasından qalmış mirasda ona çatası payın müəyyən edilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və vəkili X22 iddia tələbini müdafiə edərək izah etdi ki, mərhum X12 ünvan 2 fərdi yaşayış evi miras olaraq qalmışdır. Həmin miras faktiki olaraq, qəbul edilsə də, rəsmi olaraq qəbul edilməmişdir. Hazırda iddiaçı atasından qalmış mirasda ona çatası payın müəyyən edilməsini istəyir. İddiaçı və vəkili X22 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, qaynatası X12 ünvan 2 fərdi yaşayış evi miras olaraq qalmışdır. Mirası faktiki olaraq qəbul etmişlər. Həmin evdə iddiaçının 1/3 hissədə payının müəyyən edilməsinə etiraz etmir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, babası vəfat etdikdən sonra babasından qalmış evdə onlar və bibiləri yaşamışlar. Mirası rəsmi olaraq heç kim qəbul etməsə də, faktiki olaraq qəbul etmişlər. Əmisi İddiaçı həmin evdə 1/3 hissə də payının müəyyən edilməsinə etiraz etmir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki,babası vəfat etdikdən sonra babasından qalmış evdə onlar və bibiləri yaşamışlar. Mirası rəsmi olaraq heç kim qəbul etməsə də, faktiki olaraq qəbul etmişlər. Əmisi İddiaçı həmin evdə 1/3 hissə də payının müəyyən edilməsinə etiraz etmir. Bibisi Elmira isə mirasdan ona düşən paydan onun xeyrinə imtina etmişdir. Cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ünvan 2 fərdi yaşayış evinə payının müəyyən edilməsinə etirazları olmamasını bildirmişlər. Cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və X1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 27 may 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1953-cü il tarixdə ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı 10 avqust 2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından məlum olur ki, Yevlax şəhəri, Fazil isayev küçəsi 42 X8, X5, X9, X13, X2 0.03 ha ümumi birgə torpaq sahələri, X14 66.8 kvm, yaşayış evi tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 10 noyabr 2020-ci il tarixli 530 saylı məktubundan məlum olur ki, İddiaçı mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 17 sentyabr 2020-ci il tarixli 1594 saylı arayışından məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1928-ci il tarixdə Azərbaycan Respublikası Yevlax şəhərində anadan olan və Yevlax şəhəri, F.isayev küçəsi m. 42-də qeydiyyatda olmuş mərhum X25 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 17.09.2020-ci ilədək aparılmış və aşağdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı X18 01.01.1928; qızı X19 01.07.1958; qızı X20 12.09.1969; qızı X15 17.01.1961; oğlu İddiaçı xx.xx.1953. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 17 sentyabr 2020-ci il tarixli 1594 saylı məktubundan məlum olur ki, X10 adına 07.12.2006-cı il tarixli 386 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 03 sentyabr 2020-ci il tarixli 1473/1 saylı arayışından məlum olur ki, X25 25 dekabr 2000-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 yanvar 2021-ci il tarixli 05/Q-113/70 saylı arayışından məlum olur ki, X16 07 dekabr 2006-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2020-ci il tarixli 1473 saylı arayışından məlum olur ki, X25 ilə X17 22 yanvar 1955-ci il tarixdə evlənmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 03 sentyabr 2020-ci il tarixli 1473/5 saylı arayışından məlum olur ki, İddiaçı xx xxx 1953-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 03 sentyabr 2020-ci il tarixli 1473/5 saylı arayışından məlum olur ki, X19 01 iyul 1958-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 11 sentyabr 2020-ci il tarixli 1473 saylı arayışından məlum olur ki, X15 17 yanvar 1961-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 03 sentyabr 2020-ci il tarixli 1473/4 saylı arayışından məlum olur ki, X20 12 sentyabr 1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 11 sentyabr 2020-ci il tarixli 1473/1 saylı arayışından məlum olur ki, X23 20 fevral 2014-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 03 sentyabr 2020-ci il tarixli 1473/3 saylı arayışından məlum olur ki, X19 19 iyun 2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2020-ci il tarixli 3679 saylı arayışından məlum olur ki, X20 03 avqust 2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 29 mart 2021-ci il tarixli ərizədən məlum olur ki, X6 29 dekabr 2000-ci il tarixdə vəfat etmiş mərhum X14 ölümündən sonra mirs qalmış hər hansı əmlakdan ona düşən payın Cavabdeh3 adına özəlləşdirilməsinə və adına sənədləşdirilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 20 aprel 2021-ci il tarixli 05/Q-312 saylı məktubundan məlum olur ki, X8 və X9 ölən gününə qədər ailəsi və övladları barədə “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 31 saylı evlər komitəsinin arayışından məlum olur ki, X7 həqiqətən Yevlax şəhəri, F.İsayev küçəsi 42 saylı ünvanda pasport qeydiyyatındadır və aşağıdakı tərkibdə ailə üzvləri var: Cavabdeh3 1993 oğlu, Cavabdeh4 1995 oğlu və Cavabdeh2 2000 qızı. Beləliklə məhkəmədə müəyyən edildi ki, X25 və X16 22 yanvar 1955-ci il tarixdə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından X19, X20, X15, İddiaçı və X23 adlı beş övladları olmuşdur. X25 25.12.2000-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri olan X16 07 dekabr 2006-cı il tarixdə, X19 19 iyun 2020-ci il tarixdə, X20 03 avqust 2020-ci il tarixdə və X23 20 fevral 2014-cü il tarixdə vəfat etmişdlər. X12 ünvan 2 66.8 kv.m fərdi yaşayış evi miras qalmışdır. Mirası faktiki olaraq vərəsələr qəbul etmişlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasdan onun payının müəyyən edilməsini istəyir. İddiaçı izahat verərəkən cavabdehlər tərəfindən də mirasın faktiki olaraq qəbul etdiklərini bildirmişdir. Cavabdehlər iddianı qəbul edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X29rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 X14 66.8 kv.m, yaşayış evinə İddiaçı üçdə bir hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 X14 66.8 kv.m, yaşayış evinə İddiaçı üçdə bir hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-499/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-499/2021
20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver