Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-505/2021 19.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Maraqlı şəxsnə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması və mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Maraqlı şəxsnə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması və mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayonunun Salahlı kəndində, tam xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,0060 ha torpaq sahəsi üzərində inşa etdirdiyi özbaşına tikintiyə onun mülkiyyət hüququnun tanınması və ona müvafiq mülkiyyət sənədinin verilməsinin cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı 19 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ərizəçi İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, ərizəçi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Maraqlı şəxsnə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması və mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Maraqlı şəxsnə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması və mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-505/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-505/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver