Məhkəmə qərarları › İş №2(039)-513/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-513/2021

04.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-513/2021 04.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, doğum akt qeydində adının “Gülarə” yazılmasının səhv qeyd hesab edilməsi və onun adının “Hicran” müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx xxxxxx 1970-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. 03 noyabr 1992- ci il tarixdə X7 ilə Yevlax rayon Ərəş sovetliyi üzrə nümayəndəliyində nikah bağlamaqla ailə həyatı qurub evlənmişlər. Birgə nikahlarından 4 uşaqları anadan olmuşdur. O, anadan olarkən valideynləri tərəfindən ona Hicran adı verilmiş, doğum akt qeydində adı səhvən Gülarə kimi yazılmış, sonradan düzəliş edilərək Hicran adı ilə doğum haqqında şəhadətnamə yazılmış və buna uyğun pasport və şəxsiyyət vəsiqəsi almışdır. Doğum haqqında şəhadətnamə məhv olmuş, təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Doğum akt qeydində adının “Gülarə” kimi yazıldığına görə tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Adının Hicran olmasını nikah və övladlarına verilmiş doğum haqqında şəhadətnamələr də təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs ərizəçiyə ünvanladığı 05/Q 105/15 №-li, 09.09.2020-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxs tərəfindən tərtib olunmuş 03.02.1970-ci il tarixli, 76 saylı doğum akt qeydinə əsasən adının “Hicran” deyil, “Gülarə” kimi qeyd olunduğu müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 03.02.1970-ci il tarixli, 76 saylı doğum aktı qeydindən görünür ki, İsmayılova Hicran Fəxrəddin qızı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur; atası – X1, anası – X2r. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur və Yevlax rayonu Ərəş kəndində qeydiyyatdadır.(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1954268) Yevlax rayonu Ərəş kənd sovetliyi tərəfindən 03.11.1992-ci il tarixdə verilmiş V ЖГ 315742 №li nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə İsmayılova Hicran Fəxrəddin qızı arasında bağlanmış nikah 1992-ci ilin noyabr ayının 03-cü günündə akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirəliyev, arvada isə Şirəliyeva soyadı verilmişdir. Yevlax rayonu Ərəş kənd sovetliyi tərəfindən 13.08.1993-cü il tarixdə verilmiş XVİİ- ЖГ seriyalı 398153 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Şirəliyeva Könül İnqilab qızı 07.08.1993-cü il tarixdə anadan olmuşdur; atası – X7, anası – Ərizəçidır. Yevlax rayonu Ərəş kənd icra nümayəndəliyi tərəfindən 05.11.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 115135 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X3 17.10.1999-cu il tarixdə anadan olmuşdur; atası – X7, anası – Ərizəçidır. Yevlax rayonu Ərəş kənd icra nümayəndəliyi tərəfindən 29.07.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 125455 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X6 25.04.2001-cı il tarixdə anadan olmuşdur; atası – X7, anası – Ərizəçidır. Yevlax rayonu Ərəş kənd icra nümayəndəliyi tərəfindən 21.09.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 060815 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Şirəliyeva Zəmilə İnqilab qızı 08.09.1996-cı il tarixdə anadan olmuşdur; atası – X7, anası – Ərizəçidır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində, övladlarına verilmiş doğum haqqında şəhadətnamələrdə, nikah haqqında şəhadətnaməsində adı Hicran kimi göstərilmiş, lakin doğum akt qeydində adı Gülarə və Hicran olaraq yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi qanunvericiliyin qeyd olunan göstərişlərinə istinad edərək xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydinə düzəliş edilərək adı Hicran kimi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şirəliyeva (İsmayılova) Hicran Fəxrəddin qızının 03 fevral 1970-ci il tarixli doğum haqqında 76 №-li akt qeydinə düzəliş edilərək adı Hicran kimi qeyd edilsin. Qətnamə düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar