Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-537/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0060 kod 90106028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının və Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* və seriya RX ******* saylı çıxarışların X11, X15, X6, X7, X2 və Ərizəçi məxsusluğu, həmçinin Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı çıxarışın X11, X15 və Ərizəçi məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarixli 24 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Rüstəmli kəndi ərazisində 5.84 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun soy adı səhv olaraq Bayramov kimi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 3 ədəd çıxarışda da soyadı səhvən Bayramov kimi qeyd edilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 yanvar 2022-ci il tarixli, AZ-T 184514 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 11 yanvar 2022-ci il tarixli 09 saylı arayışından məlum olur ki, Ərizəçi ailə üzvləri ilə birlikdə məxsus olduqları torpağa mülkiyyət hüququna dair aşağıdakı sənədlərdə soyadı səhvən X3 yazılmışdır. Çıxarış reyestr nömrəsi – **********63; çıxarış reyestr nömrəsi – **********64; çıxarış reyestr nömrəsi – **********28; Dövlət aktı – JN-0063, kod ********. Odur ki, onun düzgün soyadı şəxsiyyət vəsiqəsində göstərildiyi kimi, yəni Ərizəçi kimi oxunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, X10, X14, X4, X5, X1 və X8 ümumi birgə mülkiyyətində Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4.4002 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, X10, X14, X4, X5, X1 və X8 ümumi birgə mülkiyyətində Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 1.1390 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 26 yanvar 2022-ci il tarixli, **********72 saylı məktubdan görünür ki, Ərizəçi torpaq sənədlərində düzəlişin edilməsi üçün Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, X10, X14 və X8 ümumi birgə mülkiyyətində Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 0.2883 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 90106028 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarixli 24 saylı qərarı ilə X11, X15, X6, X7, X2 və X9 5.84 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətində Yevlax rayonu, Rüstəmli kəndində yerləşən torpaq sahələri vardır. Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 90106028 saylı dövlət aktında, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 02 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarında texniki səhvə yol verilmiş Ərizəçi soyadı Bayramov kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0063 KOD 90106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların X11, X15, X6, X7, X2 və Ərizəçi, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X11, X15 və Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0063 KOD 90106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 06 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların X11, X15, X6, X7, X2 və Ərizəçi, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X11, X15 və Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-537/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-537/2022
10.03.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver