Məhkəmə qərarları › İş №2(039)-559/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-559/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-559/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı «cavabdehin özünə və azyaşlı övladlarına məxsus əşyaların xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-dan çıxarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «cavabdehin özünə və azyaşlı övladlarına məxsus əşyaların xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-dan çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-da yerləşən fərdi yaşayış evindən cavabdehin və onun 2 azyaşlı uşaqlarına məxsus 1 ədəd şifoner, taxt krovat - qırıq vəziyyətdə, divan – kreslo, 2 ədəd tumbuçka, termo, Uşaq krovatı, 1 ədəd stol, 6 ədəd stul, sandıq, 2 ədəd xalça, 2 ədəd yun ədyal, 2 ədəd yorğan, 3 ədəd döşək – 2 ədəd yorğan vardır, 4 ədəd yastıq, 2 ədəd döşəkcə, 1 ədəd pakrıval, 2 ədəd buxovu ədyal, pərdə, 2 metrlik 2 ədəd karniz, 2 ədəd yataq dəsti, 2 ədəd iri dəsmal, 2 ədəd əl dəsmalı vardır, 4 ədəd çay dəsmalı, 1 ədəd obedni servisi vardır, 1 ədəd çaynı servisi, 1 ədəd kofeyni servis, 2 ədəd xrustal lötkə, 2 ədəd xrustal meyvə qabı, 4 ədəd qənd qabı, 6 ədəd bakal, 6 ədəd rumka, 6 ədəd duz qabı, 3 dəst boşqab - 12 ədəd, 6 ədəd rozetka, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd xörək qaşığı, 1 dəst mətbəxt naboru, 1 ədəd qazan dəsti, 2 ədəd qazan, 1 ədəd ləyən, 1 ədəd aşsüzən, 2 ədəd kapron vedrə, 1 ədəd vanna, 6 ədəd bıçaq, 2 ədəd bıçaq, 2 ədəd xrustal kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd divar saatı, 12 ədəd kasa – 6 böyük və 6 ədəd kiçik, 1 ədəd soyuducu, 1 ədəd televizor, krosnu aparatı, 6 kq-lıq paltaryuyan maşın, 1 ədəd dxovka, 1 ədəd tok samovarı, 1 ədəd sok çəkən maşın, 1 ədəd çaydan, 2 ədəd çaynik, 1 ədəd qaz plətəsi əşyaların cavabdeh tərəfindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh X4 ilə bacısı oğlu Orxan ailəli olarkən onun evində yaşamışlar. Cavabdeh özünə və övladlarına məxsus əmlaklarını onun evinə gətirməklə onun evində yaşamışlar. Hazırda aralarında olan ailə münasibətləri tamamı ilə pozulmuş və onlar bir ailə kimi yaşamırlar. Cavabdeh bacısına və bacısı oğluna qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərilən əmlakların hazırki cavabdehə verilməsi qət edilmişdir. Lakin cavabdeh əmlaklarını onun evindən könüllü olaraq çıxarmır. Bu səbəbdən əmlakın məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 izah etdi ki, qeyd olunan əmlaklar ona məxsusdur. Hazırda həmin əmlakları yerləşdirməyə yeri yoxdur. Qaynanasına qarşı evə köçürülmə tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiası təmin olunan kimi həmin əmlakları İddiaçı evindən çıxarıb qaynanasının evinə yerləşdirəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 02 iyul 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmaqla, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2, mənzil 47-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2020ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-da yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(039)-1878/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, X5 və X3 1 ədəd şifoner, taxt krovat - qırıq vəziyyətdə, divan – kreslo, 2 ədəd tumbuçka, termo, Uşaq krovatı, 1 ədəd stol, 6 ədəd stul, sandıq, 2 ədəd xalça, 2 ədəd yun ədyal, 2 ədəd yorğan, 3 ədəd döşək – 2 ədəd yorğan vardır, 4 ədəd yastıq, 2 ədəd döşəkcə, 1 ədəd pakrıval, 2 ədəd buxovu ədyal, pərdə, 2 metrlik 2 ədəd karniz, 2 ədəd yataq dəsti, 2 ədəd iri dəsmal, 2 ədəd əl dəsmalı vardır, 4 ədəd çay dəsmalı, 1 ədəd obedni servisi vardır, 1 ədəd çaynı servisi, 1 ədəd kofeyni servis, 2 ədəd xrustal lötkə, 2 ədəd xrustal meyvə qabı, 4 ədəd qənd qabı, 6 ədəd bakal, 6 ədəd rumka, 6 ədəd duz qabı, 3 dəst boşqab - 12 ədəd, 6 ədəd rozetka, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd xörək qaşığı, 1 dəst mətbəxt naboru, 1 ədəd qazan dəsti, 2 ədəd qazan, 1 ədəd ləyən, 1 ədəd aşsüzən, 2 ədəd kapron vedrə, 1 ədəd vanna, 6 ədəd bıçaq, 2 ədəd bıçaq, 2 ədəd xrustal kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd divar saatı, 12 ədəd kasa – 6 böyük və 6 ədəd kiçik, 1 ədəd soyuducu, 1 ədəd televizor, krosnu aparatı, 6 kq-lıq paltaryuyan maşın, 1 ədəd dxovka, 1 ədəd tok samovarı, 1 ədəd sok çəkən maşın, 1 ədəd çaydan, 2 ədəd çaynik, 1 ədəd qaz plətəsi əmlaklar olmadıqda isə onların dəyəri alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən AA1980188 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 02 iyul 1989-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Orxan Muxtarovla ilə X4 evlənmişlər. Evləndikdən sonra iddiaçıya məxsus evdə yaşamışlar. Ayrıldıqdan sonra X2 və övladlarına məxsus əşyalar iddiaçıya məxsus Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-da qalmışdır. X4 əmlak tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə sözügedən əmlakların onun keçmiş həyat yoldaşından və qaynanasında alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 məxsus və Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-da yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən 1 ədəd şifoner, taxt krovat - qırıq vəziyyətdə, divan – kreslo, 2 ədəd tumbuçka, termo, Uşaq krovatı, 1 ədəd stol, 6 ədəd stul, sandıq, 2 ədəd xalça, 2 ədəd yun ədyal, 2 ədəd yorğan, 3 ədəd döşək – 2 ədəd yorğan vardır, 4 ədəd yastıq, 2 ədəd döşəkcə, 1 ədəd pakrıval, 2 ədəd buxovu ədyal, pərdə, 2 metrlik 2 ədəd karniz, 2 ədəd yataq dəsti, 2 ədəd iri dəsmal, 2 ədəd əl dəsmalı vardır, 4 ədəd çay dəsmalı, 1 ədəd obedni servisi vardır, 1 ədəd çaynı servisi, 1 ədəd kofeyni servis, 2 ədəd xrustal lötkə, 2 ədəd xrustal meyvə qabı, 4 ədəd qənd qabı, 6 ədəd bakal, 6 ədəd rumka, 6 ədəd duz qabı, 3 dəst boşqab - 12 ədəd, 6 ədəd rozetka, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd xörək qaşığı, 1 dəst mətbəxt naboru, 1 ədəd qazan dəsti, 2 ədəd qazan, 1 ədəd ləyən, 1 ədəd aşsüzən, 2 ədəd kapron vedrə, 1 ədəd vanna, 6 ədəd bıçaq, 2 ədəd bıçaq, 2 ədəd xrustal kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd divar saatı, 12 ədəd kasa – 6 böyük və 6 ədəd kiçik, 1 ədəd soyuducu, 1 ədəd televizor, krosnu aparatı, 6 kq-lıq paltaryuyan maşın, 1 ədəd dxovka, 1 ədəd tok samovarı, 1 ədəd sok çəkən maşın, 1 ədəd çaydan, 2 ədəd çaynik, 1 ədəd qaz plətəsi adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 10-da yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən X2 məxsus 1 ədəd şifoner, taxt krovat - qırıq vəziyyətdə, divan – kreslo, 2 ədəd tumbuçka, termo, Uşaq krovatı, 1 ədəd stol, 6 ədəd stul, sandıq, 2 ədəd xalça, 2 ədəd yun ədyal, 2 ədəd yorğan, 3 ədəd döşək – 2 ədəd yorğan vardır, 4 ədəd yastıq, 2 ədəd döşəkcə, 1 ədəd pakrıval, 2 ədəd buxovu ədyal, pərdə, 2 metrlik 2 ədəd karniz, 2 ədəd yataq dəsti, 2 ədəd iri dəsmal, 2 ədəd əl dəsmalı vardır, 4 ədəd çay dəsmalı, 1 ədəd obedni servisi vardır, 1 ədəd çaynı servisi, 1 ədəd kofeyni servis, 2 ədəd xrustal lötkə, 2 ədəd xrustal meyvə qabı, 4 ədəd qənd qabı, 6 ədəd bakal, 6 ədəd rumka, 6 ədəd duz qabı, 3 dəst boşqab - 12 ədəd, 6 ədəd rozetka, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd xörək qaşığı, 1 dəst mətbəxt naboru, 1 ədəd qazan dəsti, 2 ədəd qazan, 1 ədəd ləyən, 1 ədəd aşsüzən, 2 ədəd kapron vedrə, 1 ədəd vanna, 6 ədəd bıçaq, 2 ədəd bıçaq, 2 ədəd xrustal kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd divar saatı, 12 ədəd kasa – 6 böyük və 6 ədəd kiçik, 1 ədəd soyuducu, 1 ədəd televizor, krosnu aparatı, 6 kq-lıq paltaryuyan maşın, 1 ədəd dxovka, 1 ədəd tok samovarı, 1 ədəd sok çəkən maşın, 1 ədəd çaydan, 2 ədəd çaynik, 1 ədəd qaz plətəsi adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar