Məhkəmə qərarları › İş №2(039)-564/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-564/2020

11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-564/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanın cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin predmetini təşkil edən və iddia ərizəsinin rəsviri hissəsində göstərilən mülki hüquq pozuntusu delikt nəticəsində vurulmuş 5000 manat mənəvi ziyana görə və 5000 manat mənəvi ziyan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iclas zamanı bu barədə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyinin göstərib işə xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Mülki Prosessual Məcəllə: Maddə 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsaiş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurumuş maddi və mənəvi ziyanın cavabdehlərdən tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar