Məhkəmə qərarları › İş №2(039)-571/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-571/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-571/2020 20.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə , İddiaçı SŞ ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı SŞ ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X1 az ağır dərəcəli xəsarət almasına görə 1,500 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 1,530.40 manat cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Mercedes Benz 190” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərinin Vaqif küçəsi ilə həmin yolun S.Vurğun küçəsi ilə kəsişdiyi yolayrıcı istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək piyada Aygün Zülfüqarovanı vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan İdarə etmişdir. X3 qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sürücülük hüququ və eyni zamanda, idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh1 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh2 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması İmişli Rayon Məhkəməsinin 10.10.201-cü il tarixli, 1(036)-89/2014 saylı hökmündə öz əksini tapmışdır. “X3” AR qanunun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30 %-ni təşkil edir. Sığorta məbləği 5,000 manat olduğundan Aygün Zülfüqarovanın az ağır dərəcəli xəsarət almasına görə 1,500 təşkil edir. PAT ********** sığorta müqaviləsinin 071585 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1,500 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1,500 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. İddiaçı SŞ ASC-nin nümayəndəsi X2 əvvəlki məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 öldüyünə görə ona münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı SŞ ASC nümayəndəsi Şamxal İslamzadə izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, təqdim edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, o, İmişli şəhəri, Vaqif küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. Mülki-Prosessual Məcəllə: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Bununla da müəyyən edilmişdir ki, iş üzrə ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, iddia verilən zaman Cavabdeh1 artıq ölmüşdür. Eyni zamanda işə cavabdehin yaşadığı yer üzrə məhkəmədə baxılması tərəflərin çəkişmə prinsipinə uyğun olaraq iclasda iştirakının təmin edilməsi baxımından da məqsədəmüvafiqdir. Məhkəmə mülki prosessual qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263, 264, 267, 268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı SŞ ASC Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar