Məhkəmə qərarları › İş №2(039)-58/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-58/2021

03.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-58/2021 03.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********90 qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışı ilə Yevlax rayon Yeni Çobankərə kəndində yerləşən, paylı mülkiyyətdə olan, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan 4.62 ha torpaq sahəsinin onun mülkiyyətinə verilmiş 1/6 hissədə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Yeni Çobankərə kəndində onun və qardaşının birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi var. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Özləri torpağın böünməsi məsələsini həll edə bilmirlər. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, bacısı ilə onun torpağının bir sənədi var. Lakin bacınının torpağını o istifadə etmir. Bacısı isə ona qarşı hazırki iddianı irəli sürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Yevlax rayonu, Telman kəndində anadan olmuş, Yevlax rayonu, Bünyadabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh 5/6 hissədə və İddiaçı 1/6 hissədə Yevlax rayonu, Yeni Çobankərə kəndində 4.6216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********98 saylı rəyindən məlum olur ki, iddiaçı və cavabdehə məxsus 4.62 ha torpaq sahəsi ilə onların faktiki (suvarma istiqamətinə) istifadə etdikləri torpaq sahəsi arasında uyğunsuzluqlar və fərqlikik mövcud olduğundan həmin 4.62 ha torpaq sahəsinin naturada 6 bərabər hissəyə bölünməsi mümkün deyildir. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh 5/6 və İddiaçı Yevlax rayonu, Yeni Çobankərə kəndində 4.6216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin çıxarışda onun paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mütəxəssis rəyinə əsasən həmin torpaqdan iddiaçının payının naturada ayrılması mümkün deiyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 93.92 manat İddiaçı alınıb, KapitalBank ASCnin Xətai filialının, VÖEN **********1, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 93.92 manat İddiaçı alınıb, KapitalBank ASCnin Xətai filialının, VÖEN **********1, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar