Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-584/2020 03.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı1 (eyni zamanda digər iddiaçı Məmmədova (Nəcəfzadə) Gülcan Elçin qızının nümayəndəsi), İddiaçı2 və onların vəkilləri X3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və Məmmədova (Nəcəfzadə) Gülcan Elçin qızının cavabdehlər Cavabdeh1 Behdud oğluna, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bahbud qızına qarşı “ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka dair paylı mülkiyyət hüququ üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar, cavabdehlərə qarşı “ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka dair paylı mülkiyyət hüququ üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN 172 saylı 90110083 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 3,15 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə ayrılmaqla, həmin Dövlət aktında İddiaçı1, İddiaçı2 və İddiaçı3(Nəcəfzadənin) paylarının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu X2 xx xxxxx 1998-ci il tarixli, 30 nömrəli qərarı ilə İddiaçı1, X1, X6 və İddiaçı3 3.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlər İddiaçı2 qardaş və bacılarıdır. Torpaq sahəsinin mülkiyyətçilərindən olan X4 İddiaçı2 anası, İddiaçı3 və Elcan Məmmədov isə onun və digər iddiaçı Sveta Köçkanovanın uşaqlarıdır. X4 xx.xx.2001-ci il tarixdə, X7 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Elcan Məmmədov vəfat edən zaman subay olmuşdur. İddiaçı1 və İddiaçı2 Elcan Məmmədovun birinci dərəcəli vərəsələridir. İddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 172 saylı 90110038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 3,15 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinə payının paylı mülkiyyət hüququ ilə ayrılmasını tələb edirlər. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda digər iddiaçı Məmmədova(Nəcəfzadə) Gülcan Elçin qızının nümayəndəsi), İddiaçı2 və onların vəkilləri X8 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: JN:1xx xxx 90110036 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair aktdan müəyyən edilir ki, Yevlax rayonu X2 xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 3,15 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri Qəndab Məmmədovaya, Elcan Məmmədova, İddiaçı3 verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2019-cu il tarixli, AZ-İİ 018513 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2017-ci il tarixli, AZ-İ 860015 saylıölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, JN:1xx xxx 90110036 olan dövlət aktına əsasən Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən ümumi sahəsi 3,1502 ha olan torpaq sahəsinin xx xxxx 2017-ci il tarixdə ölmüş X6 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsindənmiras əmlakdan sonuncunun vərəsəsi-anası İddiaçı1 1/2 hissədə, atası İddiaçı2 1/2 hissədə pay almalıdır. Məhkəmə, torpaq sahəsinin X7 ilə bağlı hissəsi ilə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159-cu maddəsinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.1); ikinci növbədə - ölənin bacıları və qardaşları (maddə 1159.2). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğulları- mərhum Elcan Məmmədova məxsus miras əmlakdan hər birinə 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Məhkəmə, torpaq sahəsində İddiaçı1 və İddiaçı3 (Nəcəfzadənin) paylarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyəəsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu X2 xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı1 Həzrətəli qızına və onun ailəüzvlərinə məxsus Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 3,15 ha torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1 Həzrətəli qızının, 1/4 hissəsinə iddiaçı Məmmədova (Nəzəfzadə) Gülcan Elçin qızının, 1/4 hissəsinə X5 payı müəyyən edilməli və Elcan Məmmədova məxsus payın (1/4 hissənin) 1/2 hissəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 payları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sıMülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu X2 xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı1 Həzrətəli qızına və onun ailə üzvlərinə məxsus Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 3,15 ha torpaq sahəsinin 1/4 hissəsinə, həmçinin mərhum Elcan Məmmədova məxsus 1/4 hissəsinin 1/2 hissəsinə İddiaçı1 Həzrətəli qızının(1/4+1/8=3/8) cəmi 3/8 hissədə; İddiaçı2 (1/4 /2=1/8) 1/8 hissədə; Məmmədova (Nəcəfzadə) Gülcan Elçin qızının 2/8 hissədə payları müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-584/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-584/2020
03.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver