Məhkəmə qərarları › İş №2(039)-596/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-596/2021

21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-596/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkil X2, cavabdeh Cavabdeh1 Salman qızının iştirakı ilə, iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı “daşınmaz əmlakların açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı “daşınmaz əmlakların açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdəki daşınmaz əmlakların açıq hərracda satılması və həmin əmlakların satılması nəticəsində əldə edilmiş pul məbləğinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq çıxarışlar əsasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsəsən Mingəçevir şəhəri X18 küçəsi ev 17, mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv.m olan mənzilin 7/8 hissədə X3 və 1/8 hissədə X1 adına, Yevlax şəhəri Bakı küçəsi 50 ünvandakı 0,045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,1 kv.m olan yaşayış evi 1/8 hissədə Cəfərli Sehranə Vaqif qızının və 7/8 hissədə Cəfərov Vaqif Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli qətnaməsinə əsasən həmin əmlaklarda Cavabdeh2 digər vərəsələrinin də payı müəyyən edilmişdir. X8 onun doğma qızıdır. Azyaşlı olduğuna görə onun hüquq və qanuni maraqlarını o həyata keçirir. Cavabdehlərlə aralarında ciddi problemləri vardır. Ona görə də mülkiyyətçi kimi hüquqlarından sərbəst istifadə edə bilmir. Həmin əmlakların ayrılması, bölünməsi və ya müvafiq qaydada dəyərlərinin ödənilməsi barədə aralarında razılaşma da əldə etmək mümkün olmadığına görə daşınmaz əmlaklarını açıq hərracda satılmasını tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkili X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək cavabdehlərin və X1 mərhum X3 birinci növbə vərəsələri olduğunu, miras əmlakda onların payının artıq müəyyən olunduğunu, əmlakların naturada bölgüsünün qeyrimümkün olduğu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu, kompensasiya ödənilməsi ilə bağlı tərəflərin razılığa gələ bilmədiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cəfərova Qəribə Salman qızı iddiaçıya hər hansı məbləğdə kompensasiya ödəmək imkanının olmamasını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X10 və X11 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m ibarət olan yaşayış sahəsi 7/8 hissədə X3, 1/8 hissədə X13 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,045 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.m ibarət olan fərdi yaşayış evi 1/8 hissədə X13 qızının, 7/8 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-2367/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh1 birgə nikahı dövründə əldə etdikləri əmlaklar- Mingəçevir şəhəri Xətai küçəsi 17 saylı binanın 45 saylı mənzilinə və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh1 1/2 hissədə mülkiyyət hüququnun, digər 1/2 hissənin 1/4 hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi, həmçinin X4 və X5 həmin əmlaklarda hər birinə 1/8 hissədə vərəsəlik hüququnun müəyyən edilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(039)-165/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışlara müvafiq surətdə naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə tərəflər X3 birinci növbəli vərəsələridir. Miras əmlakların bir hissəsinə X1, bir hissəsinə isə cavabdehlərin payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlakların tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Mingəçevir şəhəri X19 küçəsi ev 17, mənzil 45 ünvanında və ünvan 6tılmalı, satışdan əldə olunan pul vəsaiti tərəflər arasında paylara mütənasib şəkildə bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Mingəçevir şəhəri X19 küçəsi ev 17, mənzil 45 ünvanında yerləşən mənzil və ünvan 6tılsın. Satışdan əldə olunan pul X8, Cavabdeh1, X10 və X11 arasında paylara uyğun bölüşdürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar