Məhkəmə qərarları › İş №2(039)-607/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-607/2021

18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-607/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı4 nümayəndəsi İddiaçı5, iddiaçıların vəkili X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X13 qarşı daşınmaz miras əmlakdan miras paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, Rəfiqə Məmmədova, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Atlaz Şirinovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış, o cümlədən mərhum X1nın adına 26.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət reyestrində qeydə alınmış, Yevlax rayonu Ərəş kəndində yerləşən 64,2 kv.m fərdi yaşayış evindən mirasdan onların paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək JN 282 saylı 90113018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mərhum anaları Qənirə Şirinovadan miras qalmış Yevlax rayonu, Ərəş kəndində yerləşən 0,425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, yəni analarının ümumi birgə mülkiyyətçisi olduğu 1.70 ha torpaq sahəsinin ¼ hissəsinə, habelə 26.01.2012-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Dövlət reyestrində qeydə alınmış çıxarışa əsasən mərhum anaları Qənirə Çirinovadan miras qalmış Yevlax rayonu, Ərəş kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsinə, yəni 0.28 ha torpaq sahəsinin ¼ hissəsinə qanun üzrə vərəsəliklə paylarının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etsələr də, sonradan ərizə təqdim edərək həmin hissələrdə iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə bu hissələrdə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onlar doğma qardaş və bacılardır. X1 17.10.2011-ci il tarixdə, ataları X3 20 iyun 1992-ci il tarixdə vəfat etmişdir. Valideynləri birgə nikah müddətində Yevlax rayonu Ərəş kəndində fərdi yaşayış evi inşa etdirmiş və həmin daşınmaz əmlak (fərdi yaşayış evi) 26.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə mərhum X1nın adına Dövlət reyestrində qeydə alınmışdır. Valideynləri 07.10.1959-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar və onların İddiaçı1 xx.xx.1960-ci il təvəllüdlü, İddiaçı2 xx.xx.1962-ci il təvəllüdlü, İddiaçı3 xx.xx.1964-cü il təvəllüdlü, İddiaçı4 xx.xx.1968-ci il təvəllüdlü, X25 15.03.1972-ci il təvəllüdlü və İddiaçı5 xx.xx.1975-ci il təvəllüdlü övladları olmuşdur. Cavabdeh onların mərhum qardaşı X15 həyat yoldaşı olmuşdur. X23 15.03.1972-ci il təvəllüdlü olmada 14.02.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda onlar mərhum valideynlərindən miras qalan Yevlax rayonu, Ərəş kəndində yerləşən 64,2 kv.m fərdi yaşayış evinə, o cümlədən Dövlət reyestrində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X1nın adına olan fərdi yaşayış evinə vərəsəlik açılması və mirasdan paylarının əldə edilməsini istəyirlər. Lakin cavabdeh bununla bağlı mübahisə edir. Mərhum qardaşı X15 cavabder Cavabdeh ilə birgə nikahından 22.01.2009-cu il təvəllüdlü X20 adlı övladı var. Hazırda mübahisələndirilən fərdi yaşayış evində Cavabdeh qızı Aytən Şirinova ilə birlikdə yaşayırlar. İddiaçı, eyni zamanda digər İddiaçı4 nümayəndəsi İddiaçı5 iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, anaları Qənirə Şirinovaya məxsus evdə onun 2011-ci ildə, anası vəfat edən zaman o özü, xəstə olan bacısı Rəfiqə yaşamışlar və qardaşları Adillə birlikdə evə sahiblik etmişlər. Bundan başqa, anasının ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini anası ölən vaxtdan qardaşı Famil istifadə edib və götürdüyü bəhrəni onlarla bölüşübdür. Bundan başqa anası özünə məxsus maşını da Familə vermişdir. Anası ölməmişdən özünə məxsus sırğaları bacıları Sevincə, özünə məxsus dananı isə bacıları Şəfiqəyə vəsiyyət etmişdir və bu səbəbdən onun vəfatından sonra ona məxsus sırğaları Sevinc, dananı isə Şəfiqə göürmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı1 oxşar məzmunlu izahat verərək bildirmişdir ki, anası Qənirə Şirinova sağlığında özünə məxsus dananı ona vəsiyyət etmiş, bu səbəbdən anası 2011-ci ildə vəfat etdikdən sonra ona məxsus dananı həyətlərindən götürüb öz evlərinə aparmışdır. Anası öləndən sonra da 2013-cü ilədək bacıları Tərgül, Rəfiqə, habelə qardaşı Adil analarına məxsus olan evdə yaşamışlar. Bacısı Sevinc anasının vəsiyyətinə uyğun olaraq onun sırğalarını götürmüşdür. Qardaşı Famil isə anasına məxsus torpaq sahəsindən həmin vaxtdan istifadə edir. İddianın təmin edilməsini xahiş etmişdir.. İddiaçı3 oxşar məzmunlu izahat verərək anası Qənirə Şirinovanın ölümünədək, habelə ölümündən sonra ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etdiyini və götürdüyü bəhrəni bacıları ilə bölüşdüyünü bildirmişdir. Cavabdeh Rəfiqə Sirinovanın vəkili Sevda Bəkirova onun adından çıxış etməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Adil Şirinovla 2008-ci ildə nikaha daxil olduqdan sonra qayınanası Qənirə Şirinovaya məxsus evdə yaşamışdır. 2011-ci ildə qayınanası vəfat etdikdən sonra həmin evdə baldızı Tərgül cəmi bir il yaşamış, sonra isə ailə qurduqdan sonra evi tərk edib getmişdir. Baldızları Şəfiqə və Sevinc ona qədər ailə qurub evdən köçmüşdürlər. Baldızı Rəfiqə isə Sevincin yanında yaşamışdır. Qayınanası öldükdən sonra ona məxsus torpaq sahəsindən qayını Famil istifadə etmiş, götürdüyü bəhərdən onlara verməmişdir. Əri Adil 14 fevral 2018-ci il tarixdə vəfat edənədək bu evdə yaşamışdır. Özü və yetkinlik yaşına çatmayan qızı Aytən isə hal hazıradək həmin evdə yaşayırlar. Qayınanasının Sevincə sırğalarını, Şəfiqəyə dananı vəsiyyət etməsi barədə iddiaçıların dəlilləri yalandır. İddianın təmin edilməməsini xahiş etmişdir. X2 bildirmişdir ki, mərhum Qənirə Şirinova onun doğma bacısı olub. Bacısı öldükdən sonra ona məxsus evdə onun qızları Tərgül, Rəfiqə və oğlu Adil arvadı Ətlaz və qızı ilə birlikdə yaşamışlar. Bacısı özünə məxsus sırğanı qızı Sevincə, özünə məxsus dananı qızı Şəfiqəyə, özünə məxsus paltartikən maşını isə Rəfiqəyə vəsiyyət etmişdir. Bacısına məxsus maşın isə oğlu Familə qalmışdır. Mərhum bacısına məxsus torpaq sahəsini isə bacısı ölən günədək və o, öldükdən sonra oğlu Famil istifadə etmişdir. X5 bildirmişdir ki, İddiaçı1 onun arvadıdır. Mərhum qayınanası 2011-ci ildə öləndən sonra ona məxsus dananı, onun şifahi vəsiyyətinə əsasən arvadı Şəfiqə götürmüşdür. Qayınanası öldükdən öncə və sonra bir müddət baldızları Tərgül və Rəfiqə ona məxsus evdə yaşamışlar. Bildiyinə görə qayınınası özünə məxsus paltartikən maşını Rəfiqəyə vəsiyyət etmişdir. Yevlax şəhər VVAQ şöbəsinin АЗ238800№-li, 03 iyul 1972-ci il tarixli evlənmə haqqında şəhadətnamədən görünür ki, X3 ilə X7 07 oktyabr 1959-cu il tarixdə 38 №-li akt ilə nikahlarını qeyd etdirmişdilər. Doğum haqqında şəhadətnamələrin surətləri ilə təsdiq olunur ki, X8 onların ataları, X16 onların anaları olmuşdur. İV-ЖГ 368243№-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 iyun 1992-ci il tarixdə ağ ciyəri xərçəngi xəstəlindən ölmüşdür. AZ-İ 938321№-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17.10.2011-ci il tarixdə şəkərli diabetdən ölmüşdür. AZ-İ 905541№-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 07 mart 2018-ci il tarixdə Ağ ciyər arteriyasının trombundan ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Ərəş kəndində yerləşən 64.2 kv. m olan fərdi yaşayış evi tam olaraq İddiaçı5 xüsusi mülkiyyəti kimi, evin yerləşdiyi 0.28 ha torpaq sahəsi isə sonuncunun, eləcə də İddiaçı5, İddiaçı2, Adil Şirinovun ümumi birgə mülkiyyəti olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-282 KOD 90113018 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ciı il tarixli 27 nömrəli qərarı ilə 1,70 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Ərəş kənd sakinləri X9, X15 və İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmişdir. Yevlax Rayon 1 Saylı Notariat Ofisinin 80 №-li, 04 fevral 20201-ci il tarixli məktubunda qeyd olunur ki, 17.10.2011-ci il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlaka dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Beləliklə təqdim edilmiş sübutlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, mübahisə predmeti olan Yevlax rayonu Ərəş kəndində yerləşən 64.2 kv. m olan fərdi yaşayış evi tam olaraq İddiaçı5 xüsusi mülkiyyəti kimi, evin yerləşdiyi 0.28 ha torpaq sahəsi isə sonuncunun, eləcə də İddiaçı5, İddiaçı2, Adil Şirinovun ümumi birgə mülkiyyəti olaraq qeydə alınmışdır, eləcə də Yevlax rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ciı il tarixli 27 nömrəli qərarı ilə 1,70 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Ərəş kənd sakinləri X9, X15 və İddiaçı2 və İddiaçı5 mülkiyyətinə verilmişdir. İş üzrə iddiaçılar və cavabdehin mərhum oğlu Adil Şirinov mərhum Qənirə Şirinovanın övladlarıdır. Qənirə Şirinova 17 oktyabr 2011-ci il tarixdə, oğlu Adil Şirinov isə 07 mart 2018-ci il tarixdə ölmüşdür. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1269 Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan iddiaçıların analarına məxsus miras əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməsi mövcud sübutlar əsasında qiymətləndirilməlidir. İddiaçılar tərəfindən mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat kontoruna müraciətin olmadığı özlərinin etirafı ilə təsdiq edilir. Bu səbəbdən onlar tərəfindən miras əmlaka və ya onun bir hissəsinə sahiblik etmələri mövcud, biri-digərini tamamlayan sübutlarla təsdiq edilməlidir. Belə ki, Cavabdeh özünün etirafı ilə təsdiq olunur ki, iddiaçılardan İddiaçı5 anası Qənirə Şirinovanın ölümündən sonra sonuncuya məxsus evdə faktiki yaşamaqla, İddiaçı3 isə anasına ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahiblik etməklə faktiki olaraq miras əmlakı qəbul etmişlər. Məhkəmə iclası zamanı şahidlər, analarının ölümündən sonra iddiaçılardan İddiaçı4 anasına məxsus sırğaları, İddiaçı1 anasına məxsus dananı, İddiaçı2 isə anasına məxsus paltaryuyan maşını götürdüyünü qeyd etsələr də, məhkəmə hesab edir ki, bu ifadələrin təsdiqi olaraq digər sübutlar müəyyən edilmədiyindən həmin hissələrdə şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin, şahid ifadələri, eləcə də tərəflərin izahatları ilə təsdiq olunur ki, iddiaçılardan İddiaçı2 da anasının ölümündən sonra miras əmlak olan evdə yaşamaqla həmin mirası qəbul etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı2, eləcə də İddiaçı5 və mərhum Adil Şirinov həm miras əmlak olan evin yerləşdiyi torpaq sahəsinin, həm onların mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləridir. Cavabdeh mərhum əri Adil Şirinovun anası Qənirə Şirinovanın ölümündən sonra miras əmlak olan evdə yaşaması və evə digər bacıları ilə sahiblik etməsi həm iddiaçıların, həm cavabdehin izahatları ilə təsdiq olunur və buna dair mübahisə müəyyən edilmir. Bununla da, mövcud sübutlarla iddiaçılardan İddiaçı5, İddiaçı2, İddiaçı3, habelə onların mərhum qardaşı Adil Şirinovun miras əmlakı faktiki qəbul etmələri təsdiq olunur. İddiaçılardan İddiaçı1 və İddiaçı4 iddiaları isə mötəbər sübutlarla təsdiq edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə mərhum Qənirə Şirinovaya məxsus Yevlax rayonu Ərəş kəndində yerləşən 64.2 kv. m olan fərdi yaşayış evində iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3 hər birinin payı ¼ hissədə müəyyən edilməli, belə bir iddia tələbi olmadığından və onun vərəsələri bu barədə tələb irəli sürmədiyindən mərhum Adil Şirinovun payı açıq saxlanılmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax rayonu Ərəş kəndində yerləşən, mərhum X12 məxsus olmuş 64.2 kv. m olan fərdi yaşayış evində iddiaçılar İddiaçı5, İddiaçı2 və İddiaçı3 hər birinin payı ¼ hissədə müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar