Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-66/2024 16.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 (eyni zamandan digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi), Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın bölüşdürülməsi tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın bölüşdürülməsi tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2 miras qalmış Yevlax rayonu Malbinəsi kəndində yerləşən 1.6994 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi ilə bağlı iddiaçıların hər biri və cavabdeh arasında mirasın bölüşdürülməsi, yəni mirasından paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, iddiaçılar ana-oğuluq, birinci iddiaçı ana, digərlər isə onun oğlanlarıdır. Cavabdeh onların doğmasıdır. Belə ki, Cavabdeh birinci iddiaçının qızı, digərlərinin isə bacısıdır. Cavabdeh ilə onların arasında vərəsəliklə bağlı mirasın bölüşdürülməsi ilə bağlı mübahiəs vardır. Qeyd edilən mirasın kütləsinə mərhum X2 miras qalmış Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.6994 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi daxildir. Miras qoyanın mülkiyyət hüququ Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və birinci iddiaçının həyat yoldaşı, digər iddiaçıların, o cümlədən cavabdehin atasıdır. O, cümlədən miras əmlakı hesab edilən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.6994 ha ölçüdə kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 2/5 hissəsindən hazırda cavabdeh istifadə edir. Onların hər birinin mirasıdan pay almaq hüququ var və mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürmüşlər. Belə ki, mərhum X2 miras qalmış Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evindən iddiaçılar istifadə edərək sahiblik hüququnun həyata keçir. Lakin cavabdeh mərhum Əyyub Alxanovdan miras qalmış Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.6994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsinə dair onların mirasdan pay almaq hüquqları yoxdur. Onlar iddiaçılar hər birinin mərhum X2 miras qalmış Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.6994 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi ilə bağlı mirasdan payının ayrılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini iddiaçıların iddia tələbinin təmin olmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayonu, Malbinəsi kənd inzibat ərazi dairəsi üzrə nümayəndəsini müavini vəzifəsində işləyən X8 əvvəlki məhkəmə iclasında ifadəsində bildirmişdir ki, mərhum Əyyub Alxanov nümayəndəliyə gələrək, evi və həyətyanı torpaq sahəsi ilə bağlı vəsiyyətnamə vermişdir. Vəsiyyətnamə iki nüsxədə tərtib edilmişdir. Biri onlarda qalmışdır, biri isə özlərinə verilmişdir. Vəsiyyətnamə hazırda Dövlət arxivinə təhvil verilmişdir. Vəsiyyətnaməni imzalayan şahidlər hazırda vəfat etmişlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tərəflər birgə əkirdilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçıların və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Ayaz Salehov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 767 saylı məktubda qeyd edilir ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 1.6994 ha torpaq sahəsindən miras qoyan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 məxsus hissədən paylarına düşən hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Malbinəsi kəndində 1,6994 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 2/5 hissəsi X4, 1/5 hissəsi Cavabdeh və 2/5 hissəsi İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 171050 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; Afcakənd kənd sovetliyi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ-ИE № ******* saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X1 arasında bağlanmış nikah 1972-ci ilin dekabr ayının 11-ci günündə akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alxanov, arvada isə Alxanova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1976-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1985-ci il təvəllüdlü İddiaçı4 atası X7 anası İddiaçı1dır. xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, Yevlax rayonu, Malbinəsi kəndində yaşayan X7 ölən günədək ona məxsus olan Yevlax rayonu, Malbinəsi kəndində JN-470A Kod 90108018 saylı torpağın mülkiyyətə verilməsinə dairşəhadətnaməsi əsasında ona məxsus olan 0.08 hektar həyətyanı torpaq sahəsini, JN-192 kodu 90108018 torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0.68 hektar pay torpaq sahəsinin bir mərtəbəli bir otaqlı yaşayış evini qızı Cavabdeh Əyyub qızına vəsiyyət edir. JN-470A KOD 90108018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X5, İddiaçı1 Hümbət qızına, Cavabdeh Əyyub qızına, İddiaçı4 Əyyub oğluna və X3 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 424 saylı qərarı ilə Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,08 ha torpaq sahəsi verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, nümayəndəliyin 2011-2015-ci illər üçün Notariat əməliyyatları kitabları və aidiyyəti sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə payının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə X5 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Malbinəsi kəndində yerləşən 1,6994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 məxsus 5/2 hissəsində 11/20 hissəsi İddiaçı1, 1/20 hissəsi İddiaçı2, 1/20 hissəsi İddiaçı3, 1/20 hissəsi İddiaçı4 və 6/20 hissəsi Cavabdeh tərəflərin hər birinin payı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, miras qalmış əmlak birgə nikah dövründə əldə edildiyindən İddiaçı1 həmin əmlakda 1/2 hissədə payı vardır. Həmçinin Cavabdeh verilmiş vəsiyyətnamə üzrə mirasın 1/4 hissəsi vəsiyyətnaməyə əsasən Cavabdeh çatmalıdır. Qalan 1/4 hissə isə məcburi pay olaraq tərəflər arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsindən məlum olur ki, Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsindən məlum olur ki,Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsindən məlum olur ki, Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsindən məlum olur ki, Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsindən məlum olur ki, Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə X5 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Malbinəsi kəndində yerləşən 1,6994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 məxsus 5/2 hissəsində İddiaçı1 11/20, İddiaçı2 1/20, İddiaçı3 1/20, İddiaçı4 1/20 və Cavabdeh 6/20 hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-66/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-66/2024
16.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver