Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-67/2020 29.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Ərizəçi 11 saylı X1 Maraqlı şəxs qarşı ölkədən getmək haqqında müvəqqəti məhdudlaşdırılması haqqında iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2018-ci ildə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi 11 saylı X2 Maraqlı şəxs qeyd etməklə, iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək hüquqi şəxsi tərəfindən dövlət büdcəsinə olan 21.273,53 manat vergi borcunun ödənilməsinin təmin etmək üçün onun icra orqanının rəhbəri olan X4 barəsində (Doğulduğu tarix- xx xxxxxx 1965-ci il, Doğulduğu yer- Azərbaycan, Yevlax, Şəxsiyyəti təstiq edən sənədin FİN nömrəsi-19KQJ7D, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 15417394) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 11 saylı X1 nümayəndəsi Zaur Adilov ərizə təqdim edərək bildirmişdir ki, Şərəf Babazədə qarşı qaldırdığı iddia üzrə ərizəsinə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış haqqında qərardad çıxarılmasını xahiş etmişdir. X5 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşdə olan sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 11 saylı X1 Maraqlı şəxs qarşı ölkədən getmək haqqında müvəqqəti məhdudlaşdırılması haqqında iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 11 saylı X1 Maraqlı şəxs qarşı ölkədən getmək haqqında müvəqqəti məhdudlaşdırılması haqqında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-67/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-67/2020
29.12.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver