Məhkəmə qərarları › İş №2(039)-67/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-67/2022

07.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-67/2022 07.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın məcburi çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı, X2 və X1 qarşılıqlı əmlak tələbinə dair iddia ərizələri üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus əmlakın məcburi çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh İddiaçı, Əli Rüstəmovz və Cəmilə Rüstəmovaya qarşılıqlı iddia ərizəsi təqdim edərək 9 adda qızıl zinət əşyalarının və cehiz əşyalarının ona verilməsi, özü olmadıqda isə dəyərinin ödənilməsinə dari qətnamə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhərrəm Osmanov, habelə Cavabdeh vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək qarşılıqlı olaraq iddialarından imtina etdiklərini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllə: Maddə 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin iddialarından imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlakın məcburi çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı, X2 və X1 qarşılıqlı əmlak tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar