Məhkəmə qərarları › İş №2(039)-689/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-689/2022

28.03.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-689/2022 28.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-054A saylı 90106018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş 25 mart 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın Qurbanov Raquf Yaqub oğlu kimi qeyd edilmiş şəxsin xx xxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində 0.30 hektar torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-054A saylı 90106018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.30 hektar torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı səhv olaraq Raquf kimi qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında RX seriyalı ******* saylı çıxarış əldə olunmuşdur. Hazırda Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.30 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarış alınarkən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir, lakin ərizənin icrasının mümkün olmadığı barədə onlara bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, X4, X3, X7, X5, X8 və X9 0.3017 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 06 yanvar 2022-ci il tarixli, **********23 saylı məktubdan görünür ki, Ərizəçi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarışda düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2022-ci il tarixli 67 saylı arayışından məlum olur ki, Ərizəçi həqiqətən Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarış əsasında ərizəçiyə və onun ailə üzvlərinə 0.3017 hektar torpaq sahəsi verilmişdir. hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarışda texniki səhvə yol verilmiş Ərizəçi adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin və ailə üzvlərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarışın Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin və ailə üzvlərinin adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 mart 2015-ci il tarixli ********** saylı çıxarışın xx xxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar