Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-69/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu (delikt) nəticəsində cavabdehin təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməllərinin qarşısının alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun hasarına bitişik və hasarın üstündə tikilmiş obyektin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Z.Tağıyev küçəsi, 24 saylı evdə yaşayan Cavabdeh rəhmətlik valideynləri ilə onun dünyalarınıdəyişmiş valdeynləri arasında 50-60 il səmimi qonşuluq münasibəti olub. Evləri inşa olunduğu təxminən 70 il ərzində ayaqyolu evlərinin sağ təeəfində hasarlarıyla evlərinin arasında yerləşib. Cavabdeh evinin darvazası və əl qapısı onların evindən, daha doğrusu həyət ayaqyolundan təxminən 10-12 metr aralıda Zeynalabdin Tağıyev küçəsində yerləşmişdi. Sonralar Cavabdeh şəhər əhəmiyyətli yol statusu daşıyan Zeynalabdin Tağıyev küçəsini zəbt edərək evinin hasarını 4-5 metr yola tərəf çəkmiş və bununla maşın və piyadaların gediş-gəlişi üçün narahatlıq yaratmışdı. Sonra o, evinin darvazasını Z.Tağıyev küçəsindən çıxartdırıb Füzuli küçəsinə, onların həyət ayaqyolusunun arxasına qoymuşdur. Bundan sonra Cavabdeh onlardan tələb etmişdir ki, ayaqyolularını burdan yığışdırsınlar. Onlar ona dəfələrlə izah elədilər ki, həyətdə ayaqyolunun yerini dəyişməyə heç cür imkan yoxdur. Hətta rayon İcra Hakimiyyətindən nümayəndələr də gətizdirdi və onlar da həyətlərinə baxış keçirdilər və dediklərini təsdiq etdilər. Sonra Cavabdeh onlara hədə-qorxu gəlməyə, hətta onlara həhqir etməyə başladı və onları Yevlax şəhər Məhkəməsinə verdi. Yevlax Rayon Məhkəməsi həyətə baxış keçirdi, baxışla əlaqədar lazımi orqan və təşkilatların iştirakı ilə yoxlama ayaqyolunun yerinin dəyişdirilməsi üçün həyətlərində münasib yerin olmadığını təsdiq etdi və ondan sonra Yevlax Rayon Məhkəməsi ədalətli qərar çıxardı. Bu qərardan Cavabdeh Apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi Yevlax Rayon Məhkəməsinin qərarını, haqlı olaraq, qüvvədə saxladı. Lakin qonşuluqda heç bir hörmət gözləməyən bu şəxs onları tərbiyəsiz söyüşlərlə təhqir edərək, Ali Məhkəməyə müraciət edəcəyini bildirdi. Bu dəfə də bədxah niyyəti ürəyində qaldı və Ali Məhkəmə hər iki məhkəmənin qərarını qevvədə saxladı. Rüstəmin məqsədi əslində odur ki, ayaqyolunu götüzdürüb həyətini bir az da genişləndirsin, Zeynalabdin Tağıyev küçəsinin bir hissəsini yenidən zəbt edərək, həyətində tikdirdiyi obyekti genişləndirsin. İddiaçı ərizə təqdim edərək cavabdeh tərəflə ümumi razılığa gəldiyini və iddia tələbindən imtina etdiyinin göstərib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı onun vəkili Sevda Bəkirova ərizəni müdafiə etdi. Cavabdeh vəkili Məmmədov Fərhad iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllə: Maddə 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan və 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı onun hasarına bitişik və hasarın üstündə tikilmiş obyektin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və 100 (bir yüz) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-69/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-69/2020
21.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver