Məhkəmə qərarları › İş №2(039)-71/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-71/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-71/2022 28.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı İsrafil oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı İsrafil oğlu cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Yevlax rayonu, Nurallar kəndində yerləşən 4.3359 ha torpaq sahəsinin 2.532 ha hissəsinin Cavabdeh2 satılması barədə Cavabdeh3 04 dekabr 2019cu il tarixli qərarı, hərracın nəticələri haqqında yekun protokolun və Cavabdeh2 adına verilmiş 24 dekabr 2019-cu il tarixli, ********** saylı çıxarış qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsrafil oğlu məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Belə ki, İddiaçı İsrafil oğlu məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və İddiaçı İsrafil oğlunun iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı İsrafil oğluna qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 259.0.9, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İsrafil oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı İsrafil oğluna geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar