Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-743/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsgəndər qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və X1 cavabdeh (Rəşidova) Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və qeyrisi cavabdeh Quliyeva (Rəşidova) Nuranə Cəfər qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan əşyaları 1 ədəd şifoner, 1 ədəd trilyaj, 2 ədəd tumba, 1 ədəd tozsoran, 1 ədəd taxt çarpayısı, 1 ədəd xalça, 1 ədəd adyal, 1 ədəd pərdə, 1 ədəd ütü, 2 ədəd vaz, 1 ədəd mürəbbə qabı, 6 ədəd tort qabı, 1 ədəd qəhvə dəsti, 1 ədəd su-dəsti, 1 ədəd qazan dəsti, 6 ədəd dayaz boşqab, 1 ədəd meyvə qabı, 6 ədəd tort boşqabı, 1 ədəd nabor, 6 ədəd nabor, 6 ədəd su qabı, 6 ədəd böyük boşqab, 1 ədəd pul qabı, 2 ədəd pul qabı, 6 ədəd mürəbbə qabı, 1 dəst qarışıq su-qabı, 6 ədəd boşqab, 4 ədəd nəlbəki, 3 ədəd kəfkir, 6 ədəd kiçik mürəbbə qabı, 6 ədəd qəhvə qabı, 1 ədəd tava, 2 ədəd balaca qazan, 1 ədəd salat qabı, 1 ədəd şokolad qabı, 1 ədəd yekə qazan, 2 ədəd çömçə, 6 ədəd yorğan, 3 ədəd balınc, 2 ədəd döşək, 3 ədəd üzlük, 3 ədəd adyal, 1 ədəd uşaq yorğanı, 1 ədəd balınc, 1 ədəd süfrə, 1 ədəd döşək ağı, 1 ədəd divanüstü və 1 ədəd uşaq adyalının Yevlax şəhər H.Hacıbəyov küçəsi ev 138 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar DƏDRX-in ******* saylı 20.11.2018-ci il tarixli çıxarışı ilə Yevlax şəhər H.Hacıbəyov küçəsi 138 evin mülkiyyətçiləridir. Hazırkı cavabdeh İddiaçı2 keçmiş həyat yoldaşıdır. Onlar 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Cavabdeh ata evində yaşayır. Onun bir neçə adda olan əşyaları sözügedən evdə qalmışdır. Cavabdehdən bu əşyalarını çıxartmağını istəyirlər. Həmin əşyaları heç bir əsas olmadan evində saxlaya bilməz, bu əşyalar onların evindən çıxarılmalıdır. Cavabdehlə onların arasında heç bir ailə münasibəti qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, həmin evə dair iddiasının olacağını, buna görə də iddianın təmin edilməməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçıların və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, mübahisəli ev 20.11.2018-ci tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-281/2021 №-li mülki iş üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Nuranə Rəşidova ilə İddiaçı2 arasında 13.11.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, uşaqlar – 14.11.2014-cü il təvəllüdlü Zəhra və 26.11.2015-ci il təvəllüdlü Mələyin boşanmadan sonra iddiaçının (analarının) yanında saxlanılması qət edilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 624579 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Rəşidov İbrahim Rəhim oğlu 11.08.2013-cü ildə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 354092 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Rəşidova Xoşqədəm Əli qızı 04.04.2009-cu ildə vəfat etmişdir. Qeyd olunanlara əsasən işin halları kimi müəyyən edilir ki, mübahisəli ev iddiaçıların ümumi birgə mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu İddiaçı2 ilə 13.11.2013-cü ildə rəsmi nikah münasibətlərinə girərək onunla ailə qurmuş, həmin ildən mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və uzun müddət həmin evdə yaşamışdır. Onlar arasında ər-arvad münasibətləri faktiki olaraq pozulduqdan sonra cavabdeh azyaşlı övladları ilə birlikdə mübahisəli evi tərk edib valideynlərin yaşadığı yaşayış sahəsinə getmiş və hazırda da orada yaşayır. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə qanunvericiliyə nəzər salaraq bildirir ki, Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyalarından ibarət olan 1 ədəd şifoner, 1 ədəd trilyaj, 2 ədəd tumba, 1 ədəd tozsoran, 1 ədəd taxt çarpayısı, 1 ədəd xalça, 1 ədəd adyal, 1 ədəd pərdə, 1 ədəd ütü, 2 ədəd vaz, 1 ədəd mürəbbə qabı, 6 ədəd tort qabı, 1 ədəd qəhvə dəsti, 1 ədəd su-dəsti, 1 ədəd qazan dəsti, 6 ədəd dayaz boşqab, 1 ədəd meyvə qabı, 6 ədəd tort boşqabı, 1 ədəd nabor, 6 ədəd nabor, 6 ədəd su qabı, 6 ədəd böyük boşqab, 1 ədəd pul qabı, 2 ədəd pul qabı, 6 ədəd mürəbbə qabı, 1 dəst qarışıq su-qabı, 6 ədəd boşqab, 4 ədəd nəlbəki, 3 ədəd kəfkir, 6 ədəd kiçik mürəbbə qabı, 6 ədəd qəhvə qabı, 1 ədəd tava, 2 ədəd balaca qazan, 1 ədəd salat qabı, 1 ədəd şokolad qabı, 1 ədəd yekə qazan, 2 ədəd çömçə, 6 ədəd yorğan, 3 ədəd balınc, 2 ədəd döşək, 3 ədəd üzlük, 3 ədəd adyal, 1 ədəd uşaq yorğanı, 1 ədəd balınc, 1 ədəd süfrə, 1 ədəd döşək ağı, 1 ədəd divanüstü və 1 ədəd uşaq adyalı iddiaçıların mülkiyyətində olan və Yevlax şəhər H.Hacıbəyov küçəsində yerləşən 138 №-li evdən çıxarılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-743/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-743/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver