Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-75/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh X9 X6 şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X9 X6 şəxsə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X9 X6 şəxsə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 Publik Hüquqi şəxsdən səhhətinə vurduqları maddi ziyana görə 10,000 manat və mənəvi ziyana görə 10,000 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, X9 Xəstəxanasında cərrah Elmi Qədimov tərəfindən cərrahiyyə əməliyyatı olunmuşdur. Cərrahiyyə əməliyyatı zamanı ciddi nöqsanlara yol verilmiş və səhhəti, yəni sağlamlığı bərpa olunmaq əvəzinə səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, əməliyyatdan sonra antisanitariya qaydasında ona quluq edilmiş, qanına mikrob keçmiş, səhhətinin ağırlaşmışdır. Hətta X9 X6 şəxsin mütəxəssislərinin tövsiyəsi belə olmuşdur ki, dializ xəstəsi kimi ona alət qoşulsun. Cərrahiyyə əməliyyatı keçirildikdən, o cümlədən qanına mikrob salındıqdan sonra onun qarın nahiyəsi, prostat vəzi hədsiz şişmiş, rəngi dəyişmiş və güclü ağrıları olmuşdur. Sözün əsl mənasında ölüm yatağında idi. Elmir həkimi ona guya ki, müayinə edən zaman ona kobudcasına “özünü artistliyə vurma deyirdi. Ağrılarının azalmasına doğru deyil, daha kəskin olmasına doğru ona “yardım edirdi”. Bir sözlə o, çox ağır vəziyyətdə yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılmışdır. Çox saylı və gərgin müayinələr sonra bir daha təsdiq edildi ki, Yevlaxda getmiş cərrahiyyə əməliyyatında sonra düzgün qulluq edilmədiyindən səhhətində qeyd edilən fəsadlar yaranıb və prostat vəzinin hiperplaziyası diaqnozu ilə üzərində Bakı şəhərində Respublika Müalicə Diaqnostika Mərkəzində alt sidik yolları əməliyyatı aparılmışdır. Uzun müddətdən sonra səhhətində irəliləyiş yaranmışdır. Bakıya gediş-gəliş pulları, xəstəxana məsrəfləri, dava-dərman pulları o, ümumilikdə 10,000 manat pul məsrəf etmişdir. Bundan başqa, cavabdeh tərəfin qeyri-peşəkarlığı nəticəsində maddi ziyanla yanaşı, həm də mənəvi ziyan dəymişdir. Ona dəymiş mənəvi ziyanı 10,000 manat qiymətləndirir. Əməliyyatdan sonrakı dövrdə ağır günlər keçirmişdir. Güclü ağrılarla yanaşı, həkim laqeydliyi də ona mənəvi əzab verirdi. Artıq ölüm pəncəsində olduğunu bilirdi. Lakin, həkim laqeydliyi və həmin vəziyyətində həkimlərin onu borclu çıxarmaq istəkləri çox dözülməz idi. Peşəkar həkim kimi tanınan Teymur həkim də, sanki, 50-100 manatlıq bir əşyadan danışırmış kimi, “belə hadisələr olanda olur də” deyərək insan həyatına laqeydlik göstərirdi. Cərrah Elmi həkim, guya ki, onu əməliyyatdan sonra müayinə edəndə ona əl hərəkətləri ilə ona qəsdən daha da əzab verirdi. Ailə başçısıdır. Cərrah Elmi həkim tərəfindən cərrahiyyə əməliyyatı olunanadək iş qüvvəsi var idi, normal işləyir və qazanırdı. Ailəsinin əsas qazanc gətirən üzvü idi. Orta hesabla ayda 400-500 manat pul qazanırdı. Hazırda cavabdeh hüquqi şəxsin mütəxəssislərinin qeyri-peşəkarlığı nəticəsində iş qüvvəsini itirmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X9 X6 şəxsin nümayəndəsi Elçin Xəlilov məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən İddiaçı xx xxx 2018-ci il tarixdə xəstəxanaya “sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti sağ qasıq nahiyəsindəki şişkinlikdən, ağrıdan, fiziki gərginlik zamanı şişkinlik və ağrının artmasından olmuşdur. Həmin tarixdə müvafiq müayinələr aparılmış və belə qərara alınmışdır ki, xəstənin əməliyyata ehtiyacı vardır. Həmin tarixdə “Herniotomiya. Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmişdir. Müvafiq əməliyyat lazımi qaydada aparılmış, yarası tikilmişdir. xx xxx 2018-ci il tarixədək xəstəyə lazımi səviyyədə qulluq edilmiş və bu tarixdə xəstənin vəziyyəti kafi olduğundan evə buraxılmışdır. Əməliyyatdan sonra xəstə tərəfindən hər hansı ciddi şikayətlər olmadığından onun qaraciyərində, sağ böyrəyində, prostat vəzisində hər hansı müayinə aparılmamışdır. Xəstə xəstəxanada olduğu dövrdə həkimlər onu daima diqqətdə saxlamış, xəstəxana personalı tərəfindən ona qarşı hər hansı kobudluq olmamışdır. Xəstə üzərində əməliyyat ödənişsiz aparılmışdır, onun tərəfindən yalnız yeməyin dəyəri ödənilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Forma №27/U Yevlax Rayon Mərkəzi X6 şəxsi tərəfindən verilmiş 950/125 saylı çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sağ tərəfli qasıq yırtığı şəkərli diabet diaqnozu ilə stasionar müalicə olunmuşdur. Respublika X1 çek fakturaları ilə müəyyən olunur ki, xəstə İddiaçı xx xxxx 2018-ci il tarixdə 1,000 manat, xx xxxx 2018-ci il tarixdə 1,040 manat ödəniş etmişdir. Qəbzlərin surətləri ilə müəyyən olunur ki, xəstə İddiaçı tərəfindən X3 05-xx xxxx 2018-ci il tarixlərində hər gün üçün müşahidə və yemək haqqı olaraq 23.60 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Respublika X1 F13№-li epikrizində qeyd olunur ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixdə “Prostat vəzin transuretral rezeksiyası” əməliyyatı icra olundu. Rezeksiya olunmuş toxumalar patohistoloji müayinəyə göndərildi. Əməliyyat sonrakı dövr fəsadsız keçirilmişdir. Uretral kateter çıxarıldı. Sidik ifrazı sərbəstdir. Masa 15№. Xəstə yaxşılaşma ilə ambulator uroloq nəzarəti ilə evə buraxılır. Məsləhət Histoloji rəylə müraciət etmək. Ambulator uroloq nəzarəti. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyi 474KEŞ№-li ekspert rəyində qeyd olunur ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:Yevlax rayon X2 Köçəri Qara oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılan obyektiv və laborator müayinələrdən sonra ona “Sağ tərəfli qasıq yırtığı. Şəkərli diabet” diaqnozu təyin edilmiş və üzərində “Herniotomiya. Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatının xəstədə olan patoloji dəyişikliklərlə səbəbli əlaqəsi olmamışdır. Lakin xəstəyə müvafiq instrumental müayinələr tam həcmdə aparılıb, onun qaraciyərində, sağ böyrəyində, prostat vəzisində olan patologiyalar müəyyən edilməli və adekvat tibbi yardımlar göstərilməli idi. Yevlax rayon X2 Köçəri Qara oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuş, aparılan obyektiv, laborator və instrumental müayinələrdən sonra ona “Mədə-bağırsaq qanaxması. Sağ böyrəyin daşı, hidronefroz. Xroniki böyrək çatmamazlığı” diaqnozu təyin edilmişdir. Xəstə müayinə və müalicə üçün Bakı şəhərində hansı xəstəxanada aparılması haqqında məlumat yoxdur.Qərarda qarşıya qoyulan sualların cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Maddə 1112 Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxx 2018-ci il tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına “sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə daxil olmuş, daxil olarkən sağ qasıq nahiyəsindəki şişkinlikdən, ağrıdan, fiziki gərginlik zamanı şişkinlik və ağrının artmasından şikayəti olmuşdur. Müvafiq müayinələr aparıldıqdan sonra həmin tarixdə onun üzərində “Herniotomiya. Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmiş xx xxx 2018-ci il tarixdə o, evə buraxılmışdır. Bundan sonra İddiaçı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət etmiş və bunun əsasında dəyəri ödənilməklə onun müayinəsi və müəlicəsi aparılmışdır. İddiaçı cərrahiyyə iddiasında əməliyyatı zamanı ciddi nöqsanlara yol verildiyini, səhhətində ciddi problemlər yarandığını, əməliyyatdan sonra antisanitariya qaydasında ona quluq edildiyini, qanına mikrob keçdiyini səhhətinin ağırlaşdığını, bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirir. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Xəstəxanasının həkimləri və tibbi personalı tərəfindən əməliyyat zamanı və əməliyyatdan sonra İddiaçı qarşı lazımi tibbi yardımın göstərilməməsi, bunun ödənişli əsaslarla aparılması və sonuncunun sonrakı müayinə və müalicəsi arasında səbəbli əlaqənin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməlidir ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, respublikada tibbi yardım ödənişsizdir. İddiaçı Yevlax Rayon Mərkəzi Xəstəxanasında yalnız müşahidə və yeməyinin haqqını ödəmişdir. Təqdim edilmiş ekspertiza rəyi ilə isə Yevlax Rayon Mərkəzi Xəstəxanasında icra edilmiş cərrahiyyə əməliyyatının İddiaçı olan patoloji dəyişikliklərlə səbəbli əlaqəsi olmadığı müəyyən edilmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, maddi ziyan tələbi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Lakin, ekspert rəyinə görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında müvafiq instrumental müayinələr tam həcmdə aparılıb, İddiaçı qaraciyərində, sağ böyrəyində, prostat vəzisində olan patologiyalar müəyyən edilməli və adekvat tibbi yardımlar göstərilməli idi. Bununla təsdiq olunur ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında İddiaçı əməliyyatdan sonra müvafiq müayinələrdən keçirilməli olduğu halda keçirilməmişdir, yəni cavabdeh xəstəxana tərəfindən xəstəyə münasibətdə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həkim heyəti tərəfindən müvafiq müayinələrdən keçirilməməsi, bununla da xəstədə müəyyən edilə biləcək patologiyaların vaxtında aşkar edilib müvafiq tibbi müdaxilə və ya məsləhət verilməklə aidiyyəti üzrə göndərişlərin edilməməsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən xəstənin qeyriəmlak hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə görə vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması mənəvi zərərin əmələ gəlməsinə dəlalət edir. Belə ki, bu halda xəstənin mənəvi və fiziki iztirab keçirməsi labüddür. Bundan başqa Ali Məhkəmənin Plenumunun qərarında da qeyd edilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi hissəsində tələb əsalsıdır. Lakin, məhkəmə hesab edir ki, hazırkı halda vurulmuş mənəvi ziyanın məbləği müəyyən edilərkən cavabdehin hərəkətsizliyinin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, cavabdehin təqsiri və əmlak vəziyyəti nəzərə alınmalı və mənəvi ziyan 1,000 manat məbləğində qiymətləndirilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təminedilsin. Cavabdeh X9 X6 şəxsdən vurulmuş mənəvi ziyana görə 1,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, ümumi 1,030 (bir min otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-75/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-75/2020
21.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver