Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-750/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «faktın müəyyən edilməsinə» dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində anadan olmuşdur. Onun doğum günü və ayı doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində qeyd edilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, onun doğum akt qeydi aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 ifadələrində ərizəçnin birincinin bacısı, digərinin isə qohumu olduğunu və Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində anadan olduğunu bildirmişdirlər. Məhkəmə ərizəçinin və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1961-ci il tarixli l-ЗЖ 417465 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 1958-ci il təvəllüdlü X2 atası X11, anası isə X4r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi 1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10 saylı məktubdan məlum olur ki, Ərizəçi doğumu Ermənistan Respublikasının Sisyan rayonunda olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-162-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv edilməsi kifayət qədər əsaslar olduqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən qeydə alınır. Kifayət qədər əsas olmazsa, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1978-ci il tarixli İ-СЛ 332569 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 ilə X6 arasında bağlanmış nikah 1978-ci ilin avqust ayının 01-ci günündə akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadı verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən A3 №-li 949075 saylı orta təhsil haqqında attestanın surətindən məlum olur ki, 1958-ci il təvəllüdlü X1 rayonu Kolanlı kənd tam orta məktəbini bitirmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini dəyişiklik, bərpa və ləğv edilməsi “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin, atasının X11 və anasının X7 olmaqla xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atasının X11 və anasının X7 olmaqla xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu Qızılcıq kəndində doğulması faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-750/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-750/2023
05.04.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver