Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-757/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı5 Cavabdeh qızına qarşı vətəndaşın qanunsuz hərəkətlərinin qarşısının alınmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X3, İddiaçı2, İddiaçı4, İddiaçı5 Cavabdeh qızına qarşı vətəndaşın qanunsuz hərəkətlərinin qarşısının alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara qarşı etdiyi qeyri qanuni hərəkətlərinin qarşısının alınmasına, kirayə götürdüyü mənzildə (Yevlax rayonu Füzuli küçəsi 23/48) repetitorluq fəaliyyətinin dayandırılmasına və onlara vurulmuş mənəvi ziyana görə cavabdehdən 3000 manat alınıb onlara verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçılar X3, İddiaçı2, İddiaçı4, İddiaçı5 05 may 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçılar X3, İddiaçı2, İddiaçı4, İddiaçı5 ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı5 Cavabdeh qızına qarşı vətəndaşın qanunsuz hərəkətlərinin qarşısının alınmasına dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı5 Cavabdeh qızına qarşı vətəndaşın qanunsuz hərəkətlərinin qarşısının alınmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçılar X2, İddiaçı2, İddiaçı4, İddiaçı5 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-757/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-757/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver