Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-8/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Ağali oğlunun Cavabdeh qarşı «avtomobil» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağali oğlu Cavabdeh qarşı «avtomobil» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BMW 523 minik markalı ** EA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin, vəkilin göstərdiyi yardıma görə ödədiyi 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərcinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-2672/2018 saylı qiyabi qətnaməsi ilə Cavabdeh BMW 523 markalı ** EA *** markalı avtomobil alınaraq İddiaçı Ağali oğluna verilməsi; vəkilin göstərdiyi yardıma görə ödənilməli olan 300 (üç yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 330 (üç yüz otuz) manat Cavabdeh İddiaçı Ağali oğlunun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-2151/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(039)- 2672/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Ağali oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia predmetinin dəyişdirilməsi haqqında ərizə ünvanlayaraq, 11760 manat məbləğində pulun, vəkilin göstərdiyi yardıma görə ödədiyi 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərcinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağali oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixində mülkiyyətində olan BMW 523 minik markalı ** EA *** dövlət qeydiyyat nömrəli avtomobilin alqı-satqısı ilə bağlı cavabdehlə razılıq əldə etmişlər. Aralarında olan razılaşmaya əsasən avtomobil 15460 (on beş min dörd yüz altmış) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh həmin məbləğin 3700 (üç min yeddi yüz) manat məbləğində hissəsini ilkin ödəniş kimi icra etmişdir. Qalan 11760 (on bir min yeddi yüz altmış) manat məbləğində pulun 24 (iyirmi dörd) ay müddətinə hər ay 490 (dörd yüz doxsan) manat məbləğində olmaqla hissə-hissə ödənilməsi barədə aralarında razılıq əldə edilmişlər. Lakin cavabdeh razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh aldığı nəqliyyat vasitəsinə görə icra etməli olduğu ödənişləri razılaşdıqları qaydada icra etmədiyindən o, Cavabdeh verdiyi xx xxxxxx 2017-ci il tarixli 7E-730588 reyestr nömrəli etibarnaməni ləğv etmişdir. Lakin sonradan cavabdeh problemləri olduğunu bildirib ödənişləri icra edəcəyini söz verdiyi üçün o, yenidən qeyd edilən nəqliyyat vasitəsini idarə etmək üçün ona qısa müddətli 1 (bir) aylıq etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xx xxxxx 2018-ci il tarixində bitmişdir. Lakin cavabdeh yenə də icra etməli olduğu öhdəliyi icra etməmişdir. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla mülkiyyətində olan nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və geri qaytarmaqdan imtina edir. Artıq neçə aylardır ki, cavabdeh etibarnaməsiz olaraq həmin avtomobili idarə edir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi yaradaraq aldığı nəqliyyat vasitəsinin pulunu ödəməsi və ya avtomobili geri qaytarmasını tələb etsə də cavabdeh nə ödəniş etməmiş, nə də avtomobili geri qaytarmamışdır. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Ağali oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı Ağali oğlu 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan2-1 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı 14098530 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Ağali oğlu xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmaqla, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 93, mənzil 52-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin PQMİ-nin MAPS şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, H.Əliyev prospekti mənzil 68-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 193445 saylı qəbzindən məlum olur ki, İddiaçı Ağali oğlu Vəkil 300 manat hüquqi yardım üçün ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, İddiaçı Ağali oğlu BMW 523 minik markalı ** EA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 9100 manata X1 almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdə BMW 523 minik markalı ** EA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini alqı-satqı müaviləsi əsasında əldə etmişdir. Həmin avtomobili xx xxxxxx 2017-ci il tarixdə cavabdehə etibar edərək, notariat ofisində Cavabdeh etibarnamə vermişdir. İddiaçı həmin avtomobili cavabdehə 15460 manata satdığını, həmin məbləğdən cavabdeh ilkin olaraq 3700 manat ödəniş etdiyini və qalan məbləği hər ay 490 manat ödəmək şərti ilə hissə-hissə ödəməli olduğunu barədə şifahi razılığa gəlmələrini və cavabdeh razılaşmaya riayət etmədiyini bildirərək, avtomobilin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia predmetinin dəyişdirərək, cavabdehdən 11760 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı bir alqı-satqı müqaviləsinə dair sübut yoxdur. Bundan başqa avtomobil iddiaçının mülkiyyətindədir. Pulun cavabdehdən tələb etməsi gələcəkdə iddiaçının əsassız varlanmasına səbəb ola bilər. İddiaçının cavabdehə qarşı mülkiyyətində olan avtomobili tələb etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Ağali oğlunun Cavabdeh qarşı «11760 manat pul» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələbinə görə, Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinin tələbinə görə, Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Ağali oğlunun Cavabdeh qarşı «11760 manat pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-8/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-8/2021
30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver