Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-801/2020 08.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlzadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 03022561 saylı xx.xx.2014-cü il tarixli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsi ilə daşınmaz əmlakın Dövlət reyestrində ünvan 1 döngə, 9 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsinin Cavabdeh2 adına aparılmış qeyd ləğv edilməsi (xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömləri ilə, 19 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində) qət edilmişdir. Cavabheh Cavabdeh2 məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)- 801/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, xx xxxxxx 2019-cu il tarixli AZ-ll 046529 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, iş üzrə tərəf olan İddiaçı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDIM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair 2(039)-801/2020 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-801/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-801/2020
08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver