Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-82/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi Şirinova Vəfa İlyas qızının katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı yetkinlik yaşına çatmamış övladının ölkədən getməsinə cavabdehin razılığı olmadan icazə verilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İslam Süleymanova qarşı iddia ərizəsi iləYevlax Rayon Məhkəməsinə müraciət edərək,yetkinlik yaşına çatmamış xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək İddiaçı ilə birlikdə ölkədən getməsi üçün icazə verilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, Yasamal rayon qeydiyyat şöbəsində xx xxxx 2014-cü il tarixli, 166 №-li dövlət qeydiyyatına alınmış rəsmi nikaha daxil olaraq cavabdeh X7 ilə ailə həyatı qurmuşuq.Birgə nikahından xx xxxxxxx 2015-ci təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Evliliyinin ilk aylarında mehriban yaşasaq da, bir qədər sonra həyat yoldaşımın xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışım. Əvvəllər elə düşünürdüm ki, bunlar ötəri məsələlərdir. Amma sonradan aydın oldu ki, bunlar artıq cavabdehdə ciddi xasiyyət kimi formalaşıbdır. Nəticədə, “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(004)-65 81/2018 saylı Qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, X3 xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir. Mən işlərimlə, özümün və uşağımın səhhəti ilə əlaqədar vaxtaşırı müvəqqəti olaraq xarici ölkələrə getməli oluram. Həmçinin mənimlə birlikdə xarici ölkələrə getmək uşağın dünyagörüşü və gələcək inkişafı baxımından da əhəmiyyətlidir. Lakin uşağın ölkədən getməsi ilə əlaqədar cavabdehdən razılıq almaq problemlər yaradır. Belə ki, cavabdehin olduğu yeri müəyyən etmək, onu tapmaq və notariat təsdiqli icazə almaq çox çətinliklə başa gəlir, cavabdeh bir ata kimi razılıq verməkdə çətinlik yaradır və bəzən ümumiyyətlə bu proses mümkün olmur. Qeyd edilən hal onun və ən əsası uşağın hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin bir valideyn kimi öz üzərinə düşən vəzifələrini yerinə yetirməməsi azmış kimi, üstəlik uşağın ölkə sərhədlərindən çıxarılması üçün onun razılıq verməməsi iddiaçının və onun uşağının mənafeyinin həyata keçirilməsinə mane olur. Aralarındakı nikah münasibətlərinə xitam verildiyi və başqa cür digər əlaqələrin də olmadığı üçün cavabdeh belə razılıq verməkdən imtina edir. Buna görə də iddiaçı uşağın mənafeyi naminə atasının razılığı olmadan onların ölkə sərhədlərini keçməsinə icazə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili və nümayəndəsi Yusif Allahverdiyev əvvəlki məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İslam Süleymanov iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı birgə nikahdan olan övladlarına heç zaman lazımi diqqət yetirməmişdir. Bu səbəbdən azyaşlı uşağın onunla xarici dövlətə gedən zaman onun təhlükəsizliyinin təmin edilməsindən şübhə edir. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflərin birgə nikahlarından xx xxxxxxx 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində qeyd olunur ki, komissiya, İpəkin Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydalara əməl olunmaq şərti ilə anası ilə birlikdə Azərbaycan Respublikasından kənara getməsinin məhkəmə qaydasında həll olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; Maddə 28. İİİ hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; Maddə 37. Hər kəsin istirahət hüququ vardır; X1 1989-cu il tarixli “Uşaq Hüquqları” haqqında Konvensiyası: Maddə 3. 1-ci bənd. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 3. 2-ci hissəsi. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər; Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir; Maddə 51.4. Uşağın valideyinləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır Maddə 61.5. Tələbinə əsasən, uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafıq müəssisələrdən məlumat almaq hüququna malikdir. “Ölkədən getmək, ölkəyə gəlmə və pasportlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideyinlərdən birinin razılğı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Mülki Prosessual Məcəllə: Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə belə qənaətə gəlir ki, azyaşlı uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılması üçün hər hansı əsas müəyyən olunmur. Bu hüquq yalnız atanın əsaslandırılmamış istəyi əsasında məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, azyaşlı uşağın Azərbaycan Respublikasından kənara çıxması onun mənafeyinə uyğun olmaqla onun istirahət, təhsil və gəzmək hüquqlarının təmin edilməsinə, habelə dünya göürüşünün artmasına xidmət edir. Cavabdeh tərəf bu halları istisna edə biləcək hər hansı sübut təqdim etməmiş, öz imtinasını əsaslandırmamışdır. Lakin, yetkinlik yaşına çatmayan uşağın atası olaraq İslam Süleymanovun övladının hansı müddətə, hansı ölkəyə və nə məqsədlə aparılması barədə məlumat əldə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağından ayrı yaşayan cavabdehin övladı ilə ünsiyyət, onun tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək, uşağı barəsində məlumat almaq hüquqlarını təmin etmək məqsədi ilə, uşağın anası ilə birlikdə Respublika hüdudlarından kənara çıxarılması, məhz bu barədə uşağın atasına rəsmi məlumat verilməklə həyata keçirilməli, məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və nə məqsədlə aparılması qeyd edilməlidir. Yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikasına gəlməsinə isə qanunvericiliklə hər hansı məhdudiyyət qoyulmamışdır. Qanunvericilklə bunun üçün valideynin razılığı tələb edilmir. Qeyd olunanlara əsasən, iddia qismən təmin edilməli, İddiaçı xx xxxxxxx 2015-ci il təvəllüdlü İpəkın yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərti ilə, atası İslam Süleymanova rəsmi məlumat verməklə sonuncunun razılığı olmadan ölkədən çıxarmasına icazə verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı, övladı xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, müvəqqəti olaraq, geri qaytarmaq şərti ilə, atası X5 rəsmi məlumat verməklə (məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və hansı məqsədlə aparılması qeyd edilməklə) X4 razılığı olmadan Azərbaycan Respublikasından çıxarmasına icazə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-82/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-82/2020
01.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver