Məhkəmə qərarları › İş №2(039)-826/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-826/2021

06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-826/2021 06.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı İsrafil oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsrafil oğlu cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Yevlax rayonu, Nurallar kəndində yerləşən 4.3359 ha torpaq sahəsinin 2.532 ha hissəsinin Cavabdeh2 satılması barədə Cavabdeh3 04 dekabr 2019-cu il tarixli qərarı, hərracın nəticələri haqqında yekun protokolun və Cavabdeh2 adına verilmiş 24 dekabr 2019-cu il tarixli, ********** saylı çıxarış qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsrafil oğlu məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri, məhkəmə iclasına gəlməmilər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı İsrafil oğlunun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı İsrafil oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsrafil oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı «hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı İsrafil oğluna qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar