Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-830/2023 21.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzil açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq cavabdehlə arasında bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin ümumi paylı mülkiyyət olan ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus olan ½ hissənin naturada bölünərək ona təqdim edilməsi, həmin ona məxsus olan ½ hissənin dəyəri olan 20.000 manatın cavabdehdən alınaraq ona verilməsi, yaxud da həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdehin arasında bölünməsi, Həmçinin onunla Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən ona məxsus olan ½ hissənin naturada bölünərək ona təqdim edilməsi, həmin ona məxsus olan ½ hissənin dəyəri olan 20.000 manatın cavabdehdən alınaraq ona verilməsi, yaxud da həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçıə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5 və 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzil açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq cavabdehlə arasında bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçıə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-830/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-830/2023
21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver